Bakıda 13 yaşlı uşaq ehtiyatsızlıqdan ağır xəsarət alıb
"Report" xəbər verir ki, hadisə Binəqədi rayonu, 8-ci mikrorayon, İbrahim Paşa Dadaşov küçəsində baş verib.
2006-cı il təvəllüdlü S.H. həyətdəki ağaca çıxarkən yıxılıb. Nəticədə, o, ağır xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibb Mərkəzə yerləşdirilib.
Ona baş-beyin silkələnməsi, ənsə sümüyünün sınığı diaqnozu qoyulub.
pia.az