Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda 100 manata saxta sürücülük vəsiqəsi hazırlayanlar tutuldu

Bakıda Gürcüstan Respublikasının saxta sürücülük vəsiqəsini hazırlayan dəstənin üzvləri saxlanılıb...

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ölkə ərazisində Gürcüstan Respublikasının saxta sürücülük vəsiqəsi ilə avtomobil idarə edən şəxs tutulub.

Əldə edilmiş əməliyyat məlumatı nəticəsində keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Elçin Adıgözəlov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd AH 14563430 seriyalı nömrəli Gürcüstan Respublikasının saxtalaşdırılmış sürücülük vəsiqəsi aşkar olunub. Keçirilən əlavə əməliyyat tədbirləri ilə Elçin Adıgözəlovun saxta vəsiqəni Binəqədi rayon sakini əvvəllər məhkum olunmuş Eyvaz Əliyevdən 150 manata aldığı müəyyən edilib. Əməliyyat nəticəsində Eyvaz Əliyev də tutulub və o, ifadəsində saxta vəsiqəni Ramin adlı şəxsdən 100 manata aldığını bildirib. Keçirilən əlavə əməliyyat zamanı saxta sürücülük vəsiqəsini hazırlayan Binəqədi rayon sakini Ramin Ağayev də tutularaq istintaqa təqdim edilib. Onun yaşadığı evə baxış zamanı saxta vəsiqələr hazırlayan avdanlıqlar aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı hər 3 şəxs barəsində toplanan materiallar müvafiq prosessual qərar verilməsi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar