Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı və Yeravan Moskvaya niyə yox deyib? - Rusiya mandat adı altında Dağlıq Qarabağı özünə istəyir?..

Rusiya sülhməramlılar üçün hansı səviyyədə mandat istəyib ki, həm Azərbaycan, həm də Ermənistan bu təklifi rədd edib?..

Politoloq: “Ola bilsin ki, Rusiya AzərbaycanErmənistandan sülhməramlıların səlahiyyətlərini daha da artırılmasını istəyib. Xüsusilə Qarabağda nəzarətin birbaşa Rusiyaya aid olması da Moskvanın istəkləri arasında ola bilər”.

“Demək olar ki, üçtərəfli bəyanat imzalanan kimi Rusiya ordu birləşmələri sülhməramlı adı altında Dağlıq Qarabağa daxil oldu və bu gün mandatsız fəaliyyəti faktdır. Yəni Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyası legitim deyill”.

Bu sözləri politoloq Turan Rzayev Beynəlxalq Böhran Qrupunun Qarabağla bağlı yaydığı hesabatı PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kim i, Beynəlxalq Böhran Qrupunun Qarabağla bağlı hesabatı yayılıb. Hesabatda bildirilir ki, Moskva sülhməramlılar üçün daha aydın, konkret mandat formalaşdırmaq üzərində işləyir. Lakin indiyədək hazırlanmış iki variantı tərəflər rədd ediblər.

Belə ki, üçtərəfli bəyanatda sülhməramlıların vəzifəsi barədə cəmi üç cümlə yer alır, onların mandatı detallı şəkildə təsvir olunmur və Rusiya hərbçiləri yerlərdə həll etməli olduqları bir çox vəzifələrlə qarşılaşıblar. Onlar müşahidə postları qurmağa başlayıblar, eyni zamanda qaçqınların avtobuslarını müşayiət ediblər, üstəlik, dağılmış infrastrukturun bərpası ilə məşğul olublar.

“Sual yaranır ki, sülhməramlılar bundan sonra da zamanın necə keçməsindən asılı olaraq müxtəlif işləri görəcəklər? Onlar nəinki hərbi eskalasiyanın qarşısını alacaqlar, eyni zamanda növbəti beş ildə itmiş inəkləri də axtaracaqlar? Nə qədər xoş niyyətlə olsa da sülhməramlılar hər şeylə məşğul ola bilməz”, - təşkilatın ekspertləri vurğulayırlar.

Hesabatda qeyd olunur ki, sülhməramlılarla yanaşı regiona Rusiya Fövqəladə Hallar Nazirliyinin qrupu da gəlib və rusiyalı mütəxəssislərin ümumi sayı 4 min nəfərə yaxındır. Lakin formal mandatın olmaması müşahidəçiləri onların növbəti mümkün eskalasiya zamanı necə hərəkət edəcəklərinə dair təxminlər yürütməyə məcbur edir.

Hesabat da o da vurğrlanır ki, sülhməramlılar mövzusu getdikcə beynəlxalq müzakirə səhnəsinə çıxmağa başlayıb.

Rusiya hansı səviyyədə mandat istəyə bilər ki, həm Azərbaycan, həm də Ermənistan bu təklifi rədd edib? Qarabağda Rusiya sülhməramlılarının mandatsız fəaliyyəti istər Rusiyanın, istərsə də AzərbaycanErmənistanın maraqlarına nə qədər sərf edir? Ümumiyyətlə sülhməramlılar mövzusunun beynəlxalq müzakirə obyekti olmasının Azərbaycan üçün hansı müsbət və mənfi tərəfləri ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Bu məsələnin beynəlxalq müzakirəyə çıxarılmasının Azərbaycan üçün müsbət tərəfləri o zaman ola bilər ki, prosesdə Türkiyə, Pakistan kimi ölkələrin iştirakı təmin edilsin”.

Bu gün ABŞ-ın, ümumilikdə isə bütün Qərbin də müxtəlif ölkələrdə sülhməramlı adı altında qoşunlarının olduğunu nəzərə çatdıran politoloq mövzu ilə bağlı PİA.az-a bildirib ki, Rusiyanın təkbaşına və mandatsız Dağlı Qarabağda sülhmərmlı heyət yerləşdirməsi təbii ki, Qərbdə birmənalı qarşılanmır:

“9 noyabr bəyanatının tələblərindən biri bölgəyə rus sülhməramlılarının gətirilməsi idi. Rus sülhməramlıları sülhməramlı adı altında Qarabağa gətirildi. Həm də çox təcili şəkildə. Demək olar ki, üçtərəfli bəyanat imzalanan kimi Rusiya ordu birləşmələri sülhməramlı adı altında Dağlıq Qarabağa daxil oldu və bu gün mandatsız fəaliyyəti faktdır. Yəni Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyası legitim deyil.

Ola bilsin ki, Rusiya AzərbaycanErmənistandan sülhməramlıların səlahiyyətlərini daha da artırılmasını istəyib. Xüsusilə Qarabağda nəzarətin birbaşa Rusiyaya aid olması da Moskvanın istəkləri arasında ola bilər. Bunu BMT-nin Qüds şəhəri üzərində verdiyi mandata uyğunlaşdıra bilərik. Yəni BMT-nin müvafiq qətnaməsinə görə Qüds şəhəri BMT nəzarətində mandat hüququna malikdir. Ola bilsin ki, burada da Dağlıq Qarabağın Rusiya nəzarətində fəaliyyət məsələsi gündəmə gəlib. Bu da təbii ki, nə Azərbaycanın, nə də Ermənistanın maraqlarına uyğun deyil. Ehtimal ki, söhbət tam olaraq bundan gedir.

Rusiya sülhməramlılarının mandat hüququnun beynəlxalq müstəvidə aktuallaşması normal prosesdir. Sadəcə olaraq bu Azərbaycanın maraqlarına uyğun deyil. Çünki Rusiya prosesləri daha çox özünün moderatorluğu ilə tənzimləyib. 10 noyabr bəyanatında üç ölkən imzası var, onlardan biri də Rusiyanın imzasıdır. Rusiya burada heç də həmsədr ölkə olduğunu qeyd etməyib. Rusiya orada tərəfləri ayrıca mexanizm olaraq qiymətləndirib və əldə olunan razılaşmanın qarantı olaraq çıxış edir. Türkiyə üçtərəfli bəyanatı imzalamasa da atəşkəs rejiminə nəzarət edən tərəf kimi tanınıb. Ümumilikdə bu ATƏT-in Mins qrupunun digər həmsədrləri tərəfindən qəbul edilməyən prossesdir, lakin artıq bu prosses buraxılıb və fəaliyyətdədir. Təbii ki, bundan sonrakl mərhələdə Rusiya öz mandatını daha da genişləndirməyə və daha uzun müddət üçün Dağlıq Qağlıq Qarabağda qalmağa çalışacaq. Bu Moskvanın Cənubi Qafqazda əsas strateji hədəflərindən biridir.

Turan Rzayev: “Məsələni beynəlxalq müstəviyə çıxararaq Qarabağa Fransa, ABŞ, Rusiyanın qoşunlarının gəlməsi bizə sərf etməz”.

Lakin biz sülhməramlı mandatından danışırıqsa, bölgəyə sülhməramlı adı altında qoşun yeridilirsə, bu BMT formatında olmalı idi. Yəni BMTnin verdiyi mandat əsasında bir neçə bitərəf ölkənin hərbi kontingenti birlikdə Qarabağa gəlməli idi. Amma Rusiya bunu təkbaşına etdi və üstəlik Rusiya münaqişədə bitərəf deyil. Rusiya münaqişənin daha çox dindurulmuş vəziyyətdə qalmasına maraqlıdır və hazırda da bunu təmin etməyə çalışır. Beynəlxalq müstəvidə Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyası qanunsuzdur və heç bir halda beynəlxalq hüquqi müstəviyə uyğun deyil.

Təkbaşına harasa, sülhməramlı yeritmək təcrübəsi isə hələ ki, olmamışdı. Daha doğrusu Rusiya belə bir şeyi Moldaviyada edib, lakin həmin vaxt Rusiya BMT-dən mandat ala bilib. Düzdür bu gün ABŞ-ın, Qərbin də müxtəlif ölkələrdə sülhməramlı adı altında qoşunları var. Lakin bu missiya təktərəfli olaraq həyata keçirilmir. Ona görə də Rusiyanın belə bir addım atması təbii ki, Qərbdə birmənalı qarşılanmır.

Bu məsələnin beynəlxalq müzakirəyə çıxarılmasının Azərbaycan üçün müsbət tərəfləri o zaman ola bilər ki, prosesdə Türkiyə, Pakistan kimi ölkələrin prosesdə iştirakı təmin edilsin. Amma məsələni beynəlxalq müstəviyə çıxararaq Qarabağa Fransa, ABŞ, Rusiyanın qoşunlarının gəlməsi bizə sərf etməz. Çünki bu ölkələrin tərəf tutma məsələsi var və vasitəçi ölkə olmalarına baxmayaraq, hər üç ölkə əslində Ermənistanın müdafiəçiləri kimi çıxış edirlər. Bayden administrasiyasının türk soyqırımını tanıması, Fransanın açıq-aşakar şəkildə Ermənistanı müdafiə etmələrini ən yüksək səviyyədə dilə gətirilməsi, Rusiya sülhməramlılarının birtərəf olmaması həmsdər ölkələrin heç birinin sülhməramlı misiyasını daşımasını imkansız edir.

Turan Rzayev: “Sərhədlərin demorkasiya və delimitasiyası, Zəngəzur dəhlizi, Ermənistanın 27 il işğal zamanı Azərbaycana vurduğu ziyanını təzminatının ödənməsi məsələsi beynəlxalq müstəviyə çıxarıla bilər”.

Ümumiyyətlə prosesin beynəlxalq müstəviyə qaldırılması düzgün məsələ deyil. Çünki Qarabağ Azərbaycanın beynəlxalq hüquqlarla tanınan ərazisidir və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Xankəndi və başqa əraziləri isə Rusiya-Türkiyə-Azərbaycan üçlük formatı ilə də həll etmək olar. Yəni bu cür kiçik məsələlər üçün beynəlxalq müzakirə tələb olunmur. Bu regional məsələdir və burada əlavə sabitləşdirici güclərə ehtiyac yoxdur. Azərbaycan bununla heç bir halda barışmamalıdır və məsələyə reaksiya bildirməlidir.

Beynəlxalq müzakirə çıxarılacaq başqa məsələlər var. Məsələn sərhədlərin demorkasiya və delimitasiyası, Zəngəzur dəhlizi, Ermənistanın 27 il işğal zamanı Azərbaycana vurduğu ziyanını təzminatının ödənməsi məsələsi beynəlxalq müstəviyə çıxarıla bilər”.

Nərminə UMUDLU

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar