Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı və Kiyev – kimin xalqı və müxalifəti nəylə məşğuldur


“Bizim iqtidar qədər də, müxalifət problemimiz var. Bu xalq ikisini birdən, necə dəyişsin ...”


“Cibinə girən ələ reaksiya verməyən toplum Dağlıq Qarabağ de-yure ermənilərə verilərsə, bu faciəyə reaksiya verərmi? Bu reaksiyanı kim təşkil edəcək? Xalq kimin üzünə meydanlara axışacaq?”

Günlərdir ki, Azərbaycan mediası Ukraynanın paytaxtından canlı yayım da daxil olmaqla, davamlı xəbərlər yayır. Öncə “Yeni Müsavat”, ardınca isə bir sıra tv-lər Kiyevə müxbir göndərdilər. Orada çox mühüm hadisə baş verir. Ukrayna xalqı öz iqtidarının yanlış siyasətinə dirənib. Həm də təkcə Yanukoviç iqtidarına dirənmir xalq -  Putinin Rusiyasına da müqavimət göstərir. Ortadakı proses işğala qarşı ümumxalq savaşı anlamındadır. 

Bu bazar iki paytaxtda göstəri təyin olunmuşdu. Ukraynadakını möhtəşəm nümayişi canlı olaraq izləyə bilirik. Bakıdakını isə canlı olaraq gördük. Gənc lider, Avropa Gənclər Hərəkatının rəhbəri Ramin Hacılı kiçik bir fləş-mob təşkil etdi; alındı, şəkil-video çəkdik, yazdıq... Amma Ramin Hacılı həm də bir müqayisə imkanı yaratdı. İfadə azadlıqları, daha çox da siyasi, söz və mətbuat azadlığı məhdudlaşdırılan, Ukraynanın yaşadığı sürəci  yaşayan, ona qarşı Rusiyadan gələn təzyiqin eynisinə hədəf olan Azərbaycan və onun paytaxtında, siyasətində, müxalifətində vəziyyətin necə acınacaqlı olduğuna dair qənaət hasil etmək üçün material verdi. Onsuz da bu gün Ukraynadakı olaylara, o möhtəşəm mitinqə baxıb, həsədlərini bildirən çox olmuşdu -  Bakıdakı flaş-mob-dan sonra daha da çoxaldı, arqumentlər zənginləşdi...

Hələ üstəlik, Ramin Hacılının fləş-mobuna səbəb olan mövzunu -  benzinin soyğunçu bir səviyyədə bahalaşmasını yaşamaqdayıq. Əslində, iqtidarın xalqımıza, hər birimizə münasibətdə həyata keçirtdiyi bu saymazlığın sabahısı müxalifət xalqı etirazlara səsləməli idi. Səsləmədi. Maşını olan tanıdığım müxalifət funksionerlərinin bir neçəsi sonradan mənə dedi ki, bilsəydilər benzin qalxacaq, gedib öncədən yanacaq çənini tam doldurardılar... Və bu cür düşünən o qədər çoxdur ki...

“Biz niyə belə olduq, bunun səbəbi nədir?” Tanınmış rusdilli bir jurnalist bazar günü axşamı telefon açaraq, mənə belə bir sual verdi: “Axı əvvəllər hər kəs, elə ukraynalılar da bizə baxıb həsəd aparırdılar, indi biz onlara həsəd aparırıq. Xalqımız niyə belə vəziyyətə gəldi... ”

Son zamanlar az qala hər şeyin sorumluluğunu üzərimə elə yükləyiblər, məni elə hədəfə götürüblər  ki, onun bu səmimi, haqlı və məyus suallarından da qıcıqlandım... İki önəmli müxalif partiyalardan birinin tam kadrosu və mediası sosial şəbəkələr də daxil, bu ara o dərəcədə üstümə gəldilər ki, az qala ölkə gündəmində birinci problem olduq. Xalq və müxalifətin iqtidara etirazları, bunların gərəkliliyi gündəmdən sıxışdırıldı. Tarif Şurası hamının cibinə girdi -  lakin heç bir təpki olmadı.

Azərbaycan müxalifəti üzərinə düşən missiyasını, mandatının gərəyini həyata keçirə bilmir. Azərbaycan müxalifəti xalqı iqtidara və digər mühüm hədəflərə qarşı səfərbər edə bilmir. Azərbaycan müxalifəti publisistikaya keçib – bizim meydançaya girib. Və buranı partiyalaşdırmağa çalışır. Partiya funksionerləri bizə necə yazmağı öyrədir...Bu, futbol getdiyi yerdə oyundan narazı qalan azarkeşlərin qəfildən stadiona tökülüşüb, topun dalınca qat-qarışıq, nizamsız qaçması qədər əcaib prosesdir. 

Azərbaycan müxalifəti publisistikaya keçib – bizim meydançaya girib. Və buranı partiyalaşdırmağa çalışır. Partiya funksionerləri bizə necə yazmağı öyrədir...Bu, futbol getdiyi yerdə oyundan narazı qalan azarkeşlərin qəfildən stadiona tökülüşüb, topun dalınca qat-qarışıq, nizamsız qaçması qədər əcaib prosesdir” 

Hər kəs yazır, hər kəs yazdırır, hər kəs özünə hədəf seçir. Lakin indi onlardan yazılmalı, onların çıxışlarına başlıq qoyulmalı, onların siyasət meydanlarında təşkil etdikləri kütləvi səhnələri canlı yayınlanmalı idi. Onların muhattabı (tərəf-müqabili) qəzet redaktorları deyil -  prezidentdi, iqtidardı, Avropa Birliyidi. Ukraynadakı, Kiyevdəki kimi. Azərbaycan müxalifəti ölkədə təşkilatlana bilmir, xalqı da təşkilatlandırmağı, meydanlara çıxartmağı bacarmır; lakin bütün bunların qarşılığında hər gün Facebook-a daha çox nüfuz edir, burada hörgütlənir,səngər qurur, tərəfdar toplayır, dəstələnir, meydandakı, küçədəki gücünü sosial şəbəkəyə daşıyır...

İqtidar bu gülüm, gözəlim müxalifətə o qədər arxayındır ki, Kiyevdə yoluxucu (siyasi anlamda) mitinqlər gedə-gedə, Bakıda benzini 30 faiz qaldırır. Hər kəsə əlcək atır...Və hesabında yanılmır. Ramin Hacılı da olmasa idi, Bakıda benzinin bahalaşması faktına etiraz edən tək bir nəfər də tapılmayacaqdı. 

““O sağdüyülü yeganə lidersə...Hər kəsdən, hətta öz firqəsindən də qopub, yeni təşəbbüslər, yeni təkliflər, yeni addımlar ortaya qoymasa, bu fəlakət hələ uzun sürəcək...”

Cibinə girən ələ reaksiya verməyən toplum Dağlıq Qarabağ de-yure ermənilərə verilərsə, bu faciəyə reaksiya verərmi? Bu reaksiyanı kim təşkil edəcək? Xalq kimin üzünə meydanlara axışacaq?  Milli Şura deyilən konflikt obyekti darmadağın, liderlər yarı-küsülü; müzakirə mövzusundan biri də ötüb-keçən seçkini və prezident kreslosunu neçə faizlə əldən verməkdi... Ukrayna Rusiyaya, onun rıçaqlarına qarşı üsyan püskürən bir ərəfədə Milli Şura Rusiya vətəndaşını, Moskva sakinini başına fəxri sədr gətirir... Və buna etiraz edən, sağduyulu yeganə lider hədəfə götürülür...

O sağdüyülü (sağlam düşünə bilən) yeganə lidersə...Hər kəsdən, hətta öz firqəsindən də qopub, yeni təşəbbüslər, yeni təkliflər, yeni addımlar ortaya qoymasa, bu fəlakət hələ uzun sürəcək. Firqə çərçivəsindən çıxıb, Hərəkat modelinə keçmək və dəyişiklik istəyən hər kəsi bir çatı, bir lider ətrafında hörgütləmək... Bunu edəcək başqa alternativ fiqur yoxdur, qazanı bilən birisi olaraq deyirəm... 

****
Bizim iqtidar qədər də, müxalifət problemimiz var. Bu xalq ikisini birdən, necə dəyişsin ki...

Və hələ hesablamaq lazımdır, hansını öncə dəyişmək daha önəmli...

Rauf ARİFOĞLU


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Putinin "Valday" konfransından sonra Xankəndinə daha çox yaxınlaşdıq!!!

Bakı və Kiyev – kimin xalqı və müxalifəti nəylə məşğuldur

Türkiyənin Bakıdakı səfirlərinin “gizli dosyeləri”

“Hakimiyyət yeni kursa, açılıma başlayır?“

Ən çox oxunanalar