Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı və Abşeronda 7 min hektar ərazidə yaşıllıq salınacaq

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) mətbuat konfransı keçirilib

Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib ki, Zaqatala-Balakən regionunda ilk biosfer qoruğu yaradılacaq.

Onun sözlərinə görə, Zaqatala-Balakən biosfer qoruğunun yaradılması layihəsinin 4 il ərzində başa çatdırılması planlaşdırılır.
ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib ki, milli parkların əhali üçün daha əlçatan olması üçün davamlı tədbirlər görülür: "Bu gün bioloji müxtəliflik günü ilə əlaqədar Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçirilir və ziyarətçilər giriş haqqından azaddırlar. Məqsəd ölkənin milli parklarının turizm potensialını turistlərə göstərmək, xüsusi mühafizə olunan təbiət ərazilərini geniş təbliğ etməklə insanların istirahətlərini xoş keçirmələrinə şərait yaratmaqdır".

Nazirliyin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə qeyd edib ki, Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində işlər görülür: "Heydər Əliyev adına Beynəlxalq Hava Limanının ətrafı, Yod-brom zavodunun ərazisi təmizlənərək yaşıllıqlar salınır, ərazi bərpa olunur".

O vurğulayıb ki, BakıAbşeronda 7 min hektar ərazidə yaşıllığın salınması üçün proqram hazırlanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Ən çox oxunanalar