Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Tehran-Bakı istiqamətində uçuşların sayı artırıla bilər

"Tələbatı nəzərə alaraq, Bakı-Tehran-Bakı istiqamətində uçuşların sayının artırılması məqsədəuyğun olardı"

"Sözügedən sahədə əməkdaşlığı dərinləşdirmək üçün Novruz bayramından öncə hər iki ölkədə təbliğat tədbirlərinin keçirilməsi, eləcə də turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun yaradılması turizm əməkdaşlığımızın inkişafına mühüm töhfə verə bilər".

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

O, iki ölkə arasında turizm əlaqələrinin davamlı olaraq inkişaf etməsinin, Azərbaycana səfər edən İran vətəndaşlarının sayının artmasının sevindirici hal olduğunu qeyd edib: "2018-ci ildə 241 min iranlı Azərbaycana səfər edib. ASAN viza vasitəsilə viza alan əcnəbilərin sayına görə də İran vətəndaşları 1-ci sıradadır".

Nazir vurğulayıb ki, bundan başqa, iki ölkə arasında kənd təsərrüfatı sahəsində də əməkdaşlıq üçün geniş imkanlar var.

"Ötən il ərzində "Aqrolizinq" ASC tərəfindən İrandan 44 ədəd müxtəlif kənd təsərrüfatı texnikası alınıb. Bu sahədə əməkdaşlığımızı daha da dərinləşdirmək məqsədilə qurudulmuş meyvə və tərəvəz məhsullarının istehsalı sahəsində İran texnologiyalarının tətbiqini, aqrar tədqiqat və aqrar ticarət sahəsində hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin yaradılmasını, eləcə də "Qida təhlükəsizliyi üzrə əməkdaşlıq haqqında Saziş”in imzalanmasını təklif edirik.

Səhiyyə sahəsində də əməkdaşlıq vacib istiqamətlərdəndir, bu istiqamətdə də müvafiq işlər görülməkdədir. Belə ki, ötən il dekabrın 21-də Bakıda Azər-İran birgə klinikasının açılışı olub. Pirallahı Sənaye Parkında “Caspian Pharmed” birgə əczaçılıq zavodu 2017-ci ildə təməli qoyulub və bu istiqamətdə işlər davam etdirilir. İran istehsalı 11 dərman vasitəsi qeydiyyata alınıb", - deyə Şahin Mustafayev bildirib. (ona.az)

pia.az


Etiket: Bakı Tehran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar