Bu gün Bakıdan Tehrana (İran) uçan aviareys təxirə salınıb
Məlumatı Heydər Əliyev Beynəlxalq Hava Limanından "Report”a təsdiq ediblər.
Bu gün Bakı vaxtı ilə 10:30-da həyata keçirilməli olan "W5 1131” reysinin təxirə salınmasının səbəbi 9.15-də Tehrandan nəzərdə tutulan aviareysin ləğv edilməsidir.
Həmin aviareysləri İranın "Mahan Air” şirkəti həyata keçirməli idi.
Həmin uçuşları "A310-300” markalı sərnişin təyyarəsi ilə reallaşdırılması nəzərdə tutulmuşdu.
pia.az