Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı şəhər İcra Hakimiyyətinin sabiq “baş zibildaşıyan”ın da Avropada şirkətləri tapıldı - Sənədlər

Bakı şəhər İcra Hakimiyyətində Kommunal Xidmətlər Müəssisəsinin direktoru işləmiş Ramiz Verdiyev adlı məmurun da xaricdə şirkətləri tapılıb...

Jurnalist Cavanşir Həsənli Ramiz Verdiyevin Çexiyadakı şirkətləri barədə məlumat paylaşıb.

Məlumatda bildirilir:

Bakı şəhər icra hakimiyyətinin başçısı olanda Hacıbala Abutalıbovun Ramiz Verdiyev adında bir kadrı vardı, baş zibildaşıyan idi. Uzun illər Bakı şəhər İcra Hakimiyyətində Kommunal Xidmətlər Müəssisəsinin direktoru işləyib. Paytaxtın məişət tullantılarından təmizlənməsi bu müəssisənin xidmət sahəsinə aiddir.

Verdiyevin barəsində o qədər də geniş məlumat yoxdur. Amma bir qayda olaraq cənab Verdiyev seçkilərdə YAP-ın namizədlərinin səlahiyyətli nümayəndəsi kimi çıxış edib. İndi də Bakı şəhər İcra Hakimiyyətində çalışdığı deyilir.

Xırda məmur olsa da 2010-cu ildə Çexiyada 1987-ci il təvəllüdlü oğlu Anar Verdiyevin adına şirkət açıb. Yanlış düşünməyin, Praqanın zibillərini daşımır, şirkət mülklərin, mənzillərin kirayəsi və ticarət sahəsi ilə məşğuldur. 2010-cu ildə Praqada qeydiyyatdan keçmiş HAS & VER SRO (Həsənov və Verdiyev soyadlarından götürülüb) şirkətinin sənədlərinə görə Anar Verdiyev Ramiz Verdiyevlə eyni ünvanda, Bakının Şamil Əzizbəyov 120 ünvanında qeydiyyatdadır. Şəriki isə Əhməd Həsənov adlı şəxsdir. Şirkəti 2018-ci ildən Verdiyevlərin ailə üzvü Günay Verdiyeva idarə edir.

Ramiz Verdiyevin digər şirkəti isə Bakıdadır. “Şirin Dad” MMC Verdiyev Ramiz Qulam oğlunun adlna qeydiyyatdan keçirilib.

Bu barədə ona görə yazdım ki, real mənzərəni təsəvvür edin”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar