Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb...
Hadisə Xətai rayon ərazisində baş verib.
Belə ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı sakini, 1979-cu il təvəllüdlü N.Məmmədovdan 5 kiloqramdan çox heroin və 2,650 qram metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
pia.az