Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı polisi vətəndaşın döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə paytaxtda polis əməkdaşlarının vətəndaşı döyməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib...

BŞBPİ-nin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, polislərin vətəndaşı təhqir etməsi, yaxud fiziki təzyiq göstərməsi ilə bağlı iddialar əsassızdır.

"Videogörüntüdən də aydın görünür ki, polislərin hər hansı qeyri-etik hərəkətləri müşahidə olunmur. Polisin vəzifəsi ictimai qaydanı və ictimai təhlükəsizliyi qorumaqdır. Polis əraziyə çağırış üzrə yaxınlaşaraq mübahisə tərəflərindən birini ərazidən uzaqlaşdırır. Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

Hadisə dekabrın 24-də 18:40 radələrində paytaxtın Yasamal rayon ərazisində qeydə alınıb. Mübahisə sürücü S.Dursunovla ərazidə nəqliyyat duracağının nəzarətçisi S.Əzimov arasında baş verib. Tərəflər arasında yaranan mübahisənin qarşısını almaq üçün ərazidə xidmət aparan Çevik Polis Alayının əməkdaşları onları müvafiq olaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə təhvil verib. Tərəflər şöbədə dinlənilib, onların izahatı alınıb. Mübahisənin tərəflərinə aralarında baş verən narazılığın əsassız olaraq baş verdiyini bildirməklə orada barışaraq şöbədən sərbəst buraxılıb. Əlavə edək ki, mübahisə zamanı tərəflərdən heç birinin yanında azyaşlı övladı olmayıb", deyə, məlumatda qeyd edilib.

pia.az


Etiket: BŞBPİ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar