Bazar ertəsi, 30 Mart 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bakı polisi hərəkətin təhlükəsizliyi ilə bağlı çağırış etdi

“Hərəkətin təhlükəsizliyi bütün dövrlərdə aktual olub. Tərəfimizdən kompleks profilaktik tədbirlərin həyata keçirilməsi üçün bütün mümkün vasitə və imkanlar icraya yönəldilir”...

Bunu açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, ötən illərin təcrübəsi, dövrün çağırış və təhdidlərinə paralel olaraq, hərəkətin təhlükəsizliyi diqqət mərkəzindədir:

“Hər bir hərəkət iştirakçısı diqqətli, məsuliyyətli olmalı, digərlərinin həyat və sağlamlığına, əmlakına münasibətdə həssaslıq nümayiş etdirməlidir. Mütəxəssislərin araşdırmaları və yol-qəza hadisələrinin aşağı səviyyədə olduğu xarici ölkələrin təcrübəsi də onu deməyə əsas verir ki, qəza hadisələrinin sayını azalda biləcək əsas amil sürücü və piyada intizamının möhkəmləndirilməsidir”.

Polis polkovniki həmçinin qeyd edib ki, hər bir insanın ən böyük amalı təhlükəsiz və sağlam yaşamaqdır:

“Ancaq necə yaşamaq – ehtiyatlı, yoxsa ehtiyatsız? Hər bir hal təkcə qanunun tələbi deyil, bu, düşüncə tərzidir. Ehtiyatlı davranmayanda, səhlənkarlıq edəndə nəticə ağır olur”.(oxu.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Vaqif Əsədov


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Deputat İngiltərədə 3.3 milyon dollarlıq 4 ev aldı

ARB-nin aparıcısında koronavirus aşkarlandı - Hamıdan halallıq istədi

Krediti olanlara 3 ay möhlət verildi - Milli Məclis

İcra başçısı küçələrə çıxdı təbliğat apardı - Foto

Fövqəladə vəziyyət elan olunsa, tətbiq ediləcək qadağalar...

Vətəndaşlardan evdən çıxmamaq tələb olunur - Rəsmi qadağa

“Fövqəladə vəziyyət haqqında” qanunun icrası ilə bağlı fərmana dəyişiklik edildi

Azərbaycan hərbçisi faciəvi şəkildə öldü - Foto

loading...

Ən çox oxunanalar