Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Nursultan münasibətləri necə olacaq?

"Qazaxıstanın yeni Prezidenti Qasım-Comart Tokayev təcrübəli mütəxəssisdir və uzun illər Qazaxıstan diplomatiyasında aparıcı rol oynayıb"

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Tokayevin diplomatik təcrübəsi hazırda Qazaxıstan üçün çox önəmlidir:

“1990-cı illərin əvvələrində Tokayev xarici işlər naziri olarkən Azərbaycan-Qazaxıstan münasibətlərinin bünövrəsinin qoyulmasında bilavasitə iştirak edib. Düşünürəm ki, o, bu təcrübəsindən kifayət qədər yararlanacaq. Bu mənada Qazaxıstanın xarici siyasət kursu dəyişməz olaraq qalacaq”.

Politoloq qeyd edib ki, Nazarbayev də siyasətdən uzaqlaşmayacaq, Təhlükəsizlik Şurası sədri kimi həm daxili, həm də xarici siyasi kursu müəyyən edəcək və ölkədə gedən proseslərə nəzarət edəcək.

İ.Vəlizadənin sözlərinə görə, hazırda Qazaxıstanda hakimiyyət tranziti davam etsə də, bir neçə ildən sonra vəziyyət dəyişə bilər:

Qazaxıstanın hazırkı prezidenti Tokayev bu vəzifədə 2020-ci ilə qədər qalacaq. 2020-ci ildə Qazaxıstanda növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərdə iştirak edəcək namizədlərdən və onların şansından çox şey asılı olacaq. Bu mənada Tokayevin 2020-ci ildən sonra da Qazaxıstanın prezident olacağını birmənalı söyləmək çətindir”.

Qeyd edək ki, martın 19-da Nursultan Nazarbayevin istefasından sonra prezident səlahiyyətlərinin icrası Senatın sədri Tokayeva keçib.

pia.az


Etiket: Bakı Qazaxıstan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar