Bazar ertəsi, 23 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Bakı niyə böyük yarışlardan qazanc əldə edə bilmir? - Replika

İstanbulda keçirilən UEFA Super Kuboku oyundan İstanbul şəhər bələdiyysi 100 milyon avro qazanc əldə edib. May ayında Azərbaycanda keçirilən UEFA Avropa Liqası finalından zərərlə çıxıb...

Ekspert: “Əsas məsələ bizim hazırlıqsız olmağımızla və Azərbaycanın infrastrukturunun zəif inkişaf etməsi ilə bağlıdır”

“Əslində Bakıda 3 dəfə böyük yarış keçirilib və xərclərin çoxu da infrastrukturla bağlı olub. Azərbaycan son yarış üçün 1 milyon manata yaxın vəsait turniketlərin qurulmasına sərf olunmuşdu. Ümumilikdə dövlət büdcəsindən yarışın keçirilməsi üçün 12 milyon manat vəsait ayrılmışdı”.

Bu sözləri iqtisadçı-ekspert Toğrul Maşallı Bakıda keçirilən UEFA Avropa Liqası finalından əldə olunan gəlirləri PİA.AZ-a şərh edərkən qeyd edib.

Türkiyə mətbuatının yaydığı məlumata görə, dünən İstanbulda keçirilən UEFA Super Kuboku oyundan İstanbul şəhər bələdiyysi 100 milyon avro qazanc əldə edib.

Xatırladaq ki, bir neçə ay əvvəl eyni statusda yarış, yəni UEFA Avropa Liqası finalı Bakıda keçirildi. Bakıda keçirilən yarışdan şəhərimizin qazancı tam olaraq açıqlanmasa da, bilirik ki, Bakıda keçirilən yarışdan əldə olunan qazanc, İstanbulda keçirilən qazancdan bəlkə də 100 dəfə azdır. Qeyd edək ki, bundan əvvəl Bakıda keçirilən Avropa oyunlarından da paytaxtımız ziyanla çıxmışdı və bu yarışın da təşkilinə büdcədən külli miqdarda vəsait xərclənmişdi.

İstanbulla müqayisədə Bakıda keçirilən yarışın qazancının bu qədər az olmasının səbəbi nədir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert Toğrul Maşallıya müraciət edib.

Toğrul Maşallı: “Dünənki yarışdan İstanbulun rəsmi 100 milyon avro deyil, daha çoxdur. Ona görə də hərtərəfli gəlir və xərclərə baxsaq, deyə bilərik ki, Azərbaycan keçirdiyi beynəlxalq yarışlardan xeyli vəsait itirib”.

Ekspert mövzu ilə bağlı PİA.az-a açıqlamasında qeyd edib ki, yarışlardan böyük qazanc əldə edilə bilməməsinin səbəbi Azərbaycanın infrastrukturunun zəif inkişaf etməsi ilə əlaqədardır:

Azərbaycanda idman infrastrukturu çox zəifdir və böyük yarışların keçirilməsi üçün infrastrukturun tamamilə yenilənməsi tələb olunur. Digər tərəfdən isə Bakı bu yarışlara elə də hazır deyildi və menecment işi heç də yüksək səviyyədə təşkil olunmamışdı. Amma İstanbul ilk dəfədir treyninq keçirmir. Orada tez-tez belə yarışlar baş tutur. Lakin Azərbaycanda yalnız bir iri stadion var və eyni zamanda, bizim hava limanımız çox kiçikdir.

Bakının UEFA Avropa Liqası finalından qazancsız çıxmasının bir səbəbi də Bakı aeroportunun tutumudur. Əsas problem də elə bununla bağlı olub ki, Bakıya çox sayda xarici azərkeşlər gələ bilmədi. İstanbulun isə əsas qazancı xarici azərkeşlərdən əldə olunur. Yəni bizdəki bu problem, əsasən, infrastruktur məsələsi ilə əlaqədardır.

Toğrul Maşallı: “İstanbul aeroportu dünyada ilk onluğa daxildir, Bakı aeroportu isə günə 25 min nəfərdən artıq sərnişin qəbul edə bilmir”.

Onu da deyim ki, dünənki yarışdan İstanbulun rəsmi 100 milyon avro deyil, daha çoxdur. Ona görə də hərtərəfli gəlir və xərclərə baxsaq, deyə bilərik ki, Azərbaycan keçirdiyi beynəlxalq yarışlardan xeyli vəsait itirib. Bir daha təkrar edirəm ki, bu bizim böyük yarışlara hazırlıqsız olmağımızla və Azərbaycanın idman infrastrukturunun zəif inkişaf etməsi ilə bağlıdır. Adicə bir misal deyim. İstanbul aeroportu dünyada ilk onluğa daxildir, Bakı aeroportu isə günə 25 min nəfərdən artıq sərnişin qəbul edə bilmir. Burdan nəticə özü-özünə ortaya çıxır”

Fatimə ƏLİYEVA
pia.az


Şərh yazın.

loading...