Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Nəqliyyat Agentliyindən "Express xətt" -lə bağlı açıqlama

"Metroda sərnişindaşımaların bərpa olunmasına baxmayaraq əvvəlcədən də bildirdiyimiz kimi ekspres xətlər üzrə avtobuslarla daşımalar davam etdirilir. Bu qərar həm mövcud epidemioloji vəziyyət həm də sərnişinlərimizdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq verilib. Hazırda isə bu xətlər üzrə gündəlik xəttə çıxan avtobus sayı tələbata uyğun olaraq tənzimlənir".

PİA.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, ekspres xətlərin sonrakı fəaliyyəti aparılan təhlillər və sərnişindaşımalara dair statistik məlumatlar əsasında müəyyən ediləcək: “Sərnişin axınında azalma müşahidə olunarsa bu xətlərin fəaliyyəti dayandırılacaq. Xatırladım ki, 9 may tarixində metronun fəaliyyətə başlaması ilə ekspres xətlərə tələbat tədricən 84%-ə qədər zaldı. Həmin vaxt ekspres xətlərin fəaliyyətinin dayandırılmasından sonra qısa vaxtda ən çox şikayət olunan 3 xətt üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə olundu. Metronun fəaliyyətinin məhdudlaşdırılması bildiyiniz kimi ekspres xətlərin bərpası zərurətini ortaya çıxardı və marşrut xətlərinin yenilənməsi prosesi müvəqqəti olaraq dayandırıldı. Lakin artıq qeyd etdiyim kimi bu istiqamətdə işlər qaldığı nöqtədən davam edəcək. Tədricən ekspres xətlərdən çıxarılacaq avtobuslar müsabiqə nəticəsində “BakuBus”a həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək. Bununla da istismara müddətini başa vuran, texniki baxımdan yarasız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq. Metronun fəaliyyət göstərmədiyi 6 iyul-11 sentyabr tarixlərində bildiyiniz kimi sərnişindaşımaları yalnız avtobuslarla icra olunurdu. Ötən 72 gündə müntəzəm və ekspres xətlər üzrə ümumilikdə 72 500 000-dən artıq sərnişin səfər sayı qeydə alınıb. Təkcə ekspres xətlər üzrə qeydə alınan sərnişin səfər sayı 3 946 209-dir. Avqust ayında tətbiq olunan yumşaldılmalarla gündəlik sərnişin səfər sayında ciddi artımlar müşahidə olunurdu. Ən maksimal göstərici isə 11 sentyabr tarixində qeydə alındı 2 081 661 sərnişin səfər sayı. Ötən 72 gündə digər bir maksimal göstərici gündəlik xəttə çıxan avtobusların sayı ilə bağlı oldu. Son 10 gündə xəttə gündəlik 2 260 avtobus çıxarılırdı. Bütün avtobus parkı tam gücü ilə daşımalara cəlb olunmuşdu. Daşımaların təşkilində BNA-nın 150-dən artıq əməkdaşı iştirak edirdi. Ən vacib məsələ daşımaların təhlükəsizliyi ilə bağlı idi. Vaxtında görülən işlərin nəticəsidir ki, ötən müddətdə sərnişinlərimizin ciddi xəsarət alması ilə nəticələnən hər hansı bir yol nəqliyyat hadisəsi qeydə alınmayıb”.

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar