Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı metrosunda ikimərtəbəli stansiyaların tikintisinə başlanılıb

“Bakı metrosunda Moskvada olduğu kimi, ikimərtəbəli metro stansiyası olacaq”...

Bunu “Report”a eksklüziv açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

Ə.Osmanovun sözlərinə görə, gələcəkdə tikiləcək keçid stansiyaların hamısı ikimərtəbəli olacaq: “Gələcəkdə bizim bir neçə keçid stansiyalarımız olacaq ki, onların hamısı 2-3 mərtəbəli olacaq. Artıq “Həzi Aslanov” stansiyasında bunun bir qismini tikmişik və tikintini davam etdiririk. Həmçinin “Mavi xətt”in tikintisinə başlayanda “Bənövşəyi xətt”in “B-3” stansiyası, bundan əlavə Sarı xətti tikəndə “B-4” stansiyasında da ikimərtəbəli stansiyalar olacaq”.

Bakı Metropoliteni” rəsmisi Bakıətrafı ərazilərə estakada üzərində quraşdırılan stansiyaların tikintisinin mümkün olduğunu açıqlayıb: “Əgər siz Dubaydakı kimi estakada üzərində olan stansiyaları nəzərdə tutursunuzsa, onu deyim ki, biz Sumqayıt, Şıxov, Ələt istiqamətinə metro çəkmək istəsək bu formada edə bilərik. Çünki həmin yerlərdə Bakı şəhərində olduğu kimi sıxlıq yoxdur. Həm də bizim metro o qədər də böyük deyil. Şəhərin bu günlük planına görə Cənab Prezidentin təsdiqlədiyi “Konseptual İnkişaf Sxemi”nə əsasən biz bu stansiyaların sayını 75-ə çatdırmalıyıq. Biz stansiyaların sayını 75-ə çatdırana qədər şəhər genişlənəcək. Hazırda şəhərin Pirallahı, Mərdəkan və Cənub istiqmaətində genişlənməsi gedir. Biz nümunəni Moskvadan götümrəliyik. Orada ildə 10-12 stansiya tikirlər. İlk olaraq stansiya tikilir sonra onun ətrafında mikrorayonlar salınır. Metro olan yerdə evi tikib satmaq daha asan olur. Amma təəssüf olsun ki, bizdə bu metod işləmir. Hərə bir parça torpaq alır, evi tikir. Onun nə suyu, nə qazı, nə yolu, nə də metrosu yoxdur”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar