Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı metrosunda elanları uşaqlar səsləndirib

“Bakı Metropoliteni” QSC ənənəsinə sadiq qalaraq koronavirus (“COVID-19”) pandemiyası ilə mübarizə şəraitində xüsusi karantin rejiminin tələbləri çərçivəsində uşaqlara həsr olunmuş fərqli layihələrini təqdim edib...

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, budəfəki əsas mövzular günün tələbinə uyğun olaraq qurulub. Sosial məsafənin saxlanmasının aktual olduğu, kütləvi sosial-mədəni tədbirlərin məhdudlaşdırıldığı karantin rejimi dövründə festival ovqatlı tədbirləri bu dəfə fərqli layihələrlə uşaq səsləri əvəz edir.

Stansiyalarda xüsusi azyaşlı, məktəbəqədər və məktəbli uşaqların dili ilə maarifləndirici elanlar səsləndirilir. Uşaqların çağırışlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin və qurumun yanında fəaliyyət göstərən Operativ Qərargahın qərarları, tövsiyələri və metodiki göstərişləri, eləcə də Səhiyyə Nazirliyi, TƏBİB və Ümumdünya Səhiyyə təşkilatının “COVID-19” virusundan sərnişinlərin qorunması üçün tövsiyələri xüsusi yer alır.

Əvvəlki iki ildə olduğu kimi, sərnişinlərin xüsusi rəğbətlə qarşıladığı uşaqların səsləndirdiyi elanlar stansiyalara daxil olan və oradan yola düşən qatarlarda sərnişinlərə yol yoldaşlığı edir.

Bakı Metropoliteni” kollektivi bütün balaları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, gələcəyimiz olan uşaqlara sağlam və xoşbəxt mühitdə şən və qayğısız günlər arzulayır", - qurum bəyan edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar