Bazar ertəsi, 26 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bakı metrosu yenidən bağlana bilər? - Açıqlama

Bakı metrosundan istifadə edən sərnişinlərin karantin qaydalarına nəzarət etməsi xahiş olunur. Əks təqdirdə bu metronun fəaliyyətinin yenidən bağlanmasına şərait yarada bilər”.

PİA.az-ın xəbərinə görə, bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, metropolitenin bütün stansiyalarında karantin qaydalarına riayət edən və etməyən sərnişinlərə rast gəlinir:

“İstər metropoliten əməkdaşları, istərsə də polislər sərnişinlərə platformalarda tibbi maskaları təyinatına uyğun şəkildə taxmalarını tövsiyə edir. Tibbi maskanın istifadə qaydası yuxarı tənəffüs yollarını qorumaqdır. Əgər sərnişin maskanı çənəsinin altında saxlayırsa və ya burnunu bağlamayacaq tərzdə taxırsa, onun heç bir mənası olmur. Bu sadəcə aksessuara çevrilir.

Biz bütün sərnişinlərdən xahiş edirik, təkcə platformada deyil, qatarlara minərkən də maskaları təyinatına uyğun taxın. Çünki, maskadan istifadə etməmək virusun yayılmasına zəmin yaradır. Bu isə maskadan istifadə edən sərnişinlərin haqlı narazılığına səbəb olur. Sərnişinlər karantin qaydalarına ciddi nəzarət etməzsə, bu hal, metronun yenidən bağlanmasına şərait yarada bilər”. (Oxu.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Qarabağ savaşıyla dəyişən rus mövqeyi:Türkiyənin balanslı siyasəti Rusiyanı dağılmaqdan xilas edəcək

Mətanət İskəndərli Türkiyədə konsert verdi, rəzil duruma düşdü 

Hazırda Əsgəran yönündə düşmən üç tərəfdən mühasirəyə alınmaqdadır - Elçin Alıoğlu

İqor Korotçenko: “İrəvan üçün ölümcül kontrast: İnamlı İlham Əliyev və mızıldayan Paşinyan”

“Qoşunlarımız işğaldan azad edilmiş əraziləri bir qədər də genişləndirib”

Müqavimət qırıldı - Azərbaycan Ordusu irəliləyir

Böyük itkilər verən Ermənistan muzdlu axtarışında: Rusiyada kampaniya başlatdılar - Foto

Qoşunlarımız Xocavənd, Qubadlı və Laçında yeni mövqelərə doğru irəliləyib

ABŞ-da növbəti humanitar atəşkəs elan edildi - Sabah səhər saat 08.00-dan...

loading...

Ən çox oxunanalar