Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı metrosu bu tarixdən fəaliyyətə başlayacaq

Son günlər ölkədə taksi xidmətlərinin vahid tarifə keçirilməsi məsələsi müzakirə edilir. Müzakirələr zamanı ekspertlər ölkədə ictimai nəqliyyatda gediş haqqının 50 qəpiyə qədər qaldırılacağına dair proqnozlar səsləndirirlər.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu mövzunun gündəmdə olmadığını deyib: “Bu gün əsas diqqət metronun fəaliyyətinin bərpa edilməsinə yönəlib. Hər kəs kimi biz də qərargahın bu istiqamətdə qəbul edəcəyi qərarları gözləyirik. Amma ictimai nəqliyyatda gediş haqqının qaldırılması məsələlərinə Tarif Şurası baxır. Qurum tərəfindən qiymət artımı haqqında isə heç bir təklif irəli sürülməyib. Ümumiyyətlə qiymət artımı ilə bağlı məsələ gündəmdə deyil”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi sonuncu brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 15-dək metronun fəaliyyətinin bərpası ilə bağlı müvafiq qərarın veriləcəyini bildirib.

Eyni zamanda onu da qeyd edək ki, Bakı metrosu sentyabrın 13-ü fəaliyyətə başlayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar