Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakı Metropoliteni”nin bütün stansiyalarının rəisləri və müavinləri işdən çıxarıldı

"Bakı Metropoliteni" QSC-nin stansiyalarının rəislərinin yerləri dəyişib...

PİA.az "Report”a istinadən xəbər verir ki, bu barədə qurum rəisi Zaur Hüseynov əmr imzalayıb. Onların bəzilərinin adları məlum olub.

Z.Hüseynovun əmrinə əsasən, metronun "Şah İsmayıl Xətai" stansiyasının rəisi Cümşüd Cəfərov vəzifəsindən azad edilərək "Sahil" stansiyasına, "Neftçilər" stansiyasının rəisi Dəyanət Dadaşov isə vəzifəsindən azad edilərək "Şah İsmayıl Xətai" stansiyasına rəis təyin edilib. Bundan əlavə, "Sahil" stansiyasının rəisi Yusif Şabanov "Nizami" stansiyasına rəis kimi transfer olunub.

"Əhmədli" stansiyasının rəisi Vidadi İbrahimov vəzifəsindən azad edilərək "28 May" stansiyasının rəisi təyin edilib. Metronun "Memar Əcəmi 2" stansiyasının rəisi Faiq Həsənovla "Avtovağzal" stansiyasının rəisi Seyfulla Vəliyev öz aralarında yerlərini dəyişiblər. "Bakmil"in rəisi Əlişan Ağayev "Memar Əcəmi" stansiyasına, "Memar Əcəmi" stansiyasının rəisi Sərdar Babayev isə "Bakmil"ə rəis təyin edilib.

Həmçinin "28 May" stansiyasının rəis müavini Zəfər Əhmədov "Sahil" stansiyasında eyni vəzifəyə təyinat alıb. "Nizami" stansiyasının rəis müavini "28 May" stansiyasına müavin gətirilib.

Qeyd edək ki, yerdəyişmə ilə bağlı məsələlərə “Bakı Metropoliteni” aydınlıq gətirməyib.

Xatırladaq ki, “Bakı Metropoliteni”nin 25 stansiyası var.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar