Cümə, 07 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bakı küçələri növbəti dəfə dezinfeksiya olundu – Fotolar

Ölkə başçısı cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər daha da genişləndirib.

İcra Hakimiyyətindən verilən məlumata görə, bu tədbirlər çərçivəsində avqust ayinin 1-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti 9-cu əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Hər dəfə olduğu kimi bu dəfə də Daxili İşlər Nazirliyinin şəxsi heyəti 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində yaxından iştirak ediblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Dezinfeksiya işlərinin kütləviliyi nəzərə alınaraq kommunal xidmətlərin işçiləri lazımi qoruyucu geyim, maska, eynək və digər vasitələr, yeni dezinfeksiyaedici aparatlarla təmin ediliblər.

Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Bu istiqamətdə hər cür tədbirlər görülüb.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Prezidentdən AZAL-a tənqid: “Bəs, bunun gəliri haradadır?”

Hərbi qulluqçuların pensiyası ilə bağlı qanun layihəsi hazırlanır

"Bu şəhərdə" Ramin Bayramlını parodiya etdi - Video

Azərbaycanda Məhərrəm ayı bu tarixdə başlayır

Yasamaldakı park ərazisini kim satıb? – Kərəm Həsənov, yoxsa Kinoklub?...

Azərbaycan müxalifəti fövqəladə toplantı keçirir - Fotolar

Əsgərimiz erməni öldürsün, biz də içimizdəki pula hərisliyi…

"Yaxın zamanlarda karantin rejimi yenidən yumşaldılacaq" - Əli Əsədov

“Bəsdirin millətin əsərlərini korladınız...” - Milli Məclisdə gərgin müzakirələr

Məhkəmə Gülər Əhmədovanın oğlu haqqında qərar verdi

“Rusiya Azərbaycanlıları Konqresini Ramiz Mehdiyev dağıtdı”

loading...

Ən çox oxunanalar