Çərşənbə, 05 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bakı-İstanbul reysi ilə bağlı yeni qərar verildi

İyulun 7-də Azərbaycanın milli aviadaşıyıcısı Bakı-İstanbul-Bakı marşrutu üzrə daha bir xüsusi reys yerinə yetirəcək...

Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, aviabilet satışı aviaşirkətin rəsmi www.azal.az saytında başlanıb.

Tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir.

Tələbələr aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana biləcəklər. Bu məqsədlə aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir. Güzəştli aviabiletin rəsmiləşdirilməsi üzrə ətraflı videotəlimatla burada tanış olmaq olar:

Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı genişlənib.

 

Həmin siyahı ilə aşağıda tanış olmaq mümkündür:

 

 - Referans kliniki laboratoriya mərkəzi;

 

 - Leyla klinikası;

 

 - Memorial klinikası

 

 - Bona Dea xəstəxanası;

 

 - İnci laboratoriyası;

 

 - Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);

 

 - Kaspian Hospital;

 

 - Talassemiya mərkəzi;

 

 - UltraLab.

Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən "Memorial Sağlık Grubu" klinikaları və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir:

/covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.

İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqanı) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçməsi barədə arayış təqdim edə bilər.

COVID-19 üçün testin neqativ nəticəsi barədə arayışı sərnişin uçuşdan 48 əvvəl almalıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu reyslərlə Bakıya gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar. Bu məqsədlə onlar uçuş zamanı bəyannamə dolduraraq, özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər. 8103 nömrəsinə SMS göndərməklə alınan icazələr həmin şəxslərə şamil olunmayacaq.

Xatırladırıq ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarədə xüsusi qaydalar tətbiq olunacaq. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz:

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Yasamalda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub - Foto, Yenilənib

Gömrük generalı İsmayıl Hüseynovla bağlı araşdırma başlandı - Təfərrüat

Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü keçdi - Video, Foto, Yenilənib

"Azərbaycanfilm"-ə məxsus torpaq sahəsini özəlləşdirilməsinə icazəni Əbülfəs Qarayev veribmiş

Akim Bədəlovun Almaniyada yeni şirkətləri üzə çıxdı - Həyat yoldaşı milyonerdir...

“Niyə adamlar vəzifəyə gedəndə insanlığı düşürüb itirirlər?!” – Sahil Babayevin müavininə sərt tənqid

Lukaşenko hansı səbəblərdən Rusiya ilə yollarını ayırmaq istəyir?

Lukaşenko Rusiyaya xəbərdarlıq etdi: “Vəziyyət Vladivostoka qədər ağırlaşa bilər”

Gültəkin Hacıbəyli: “Karantinin uzanması bizə sərf edir” - Video

Nazirdən qeyri-ərzaq malları mağazalarının fəaliyyətinin bərpası ilə bağlı mühüm açıqlama

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay