Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib
Bu gün saat 03:40 radələrində Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində olarkən qatarda texniki nasazlıq yaranıb.
Nasazlıq aradan qaldırıldıqdan sonra qatar təyinatı üzrə yola salınıb.
Nasazlığın səbəbləri araşdırılır.
Hadisə nəticəsində qatar 1 saat 10 dəqiqə ləngiyib. (trend)
pia.az