Cümə, 26 Fevral 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Bakı-Astara və Ərdəbil-Rəşt magistral yollarının birləşdirilməsinə dair saziş imzalanıb

Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev İran-Azərbaycan İqtisadi Komissiyasının iclasından sonra İranın Yol və şəhərsalma naziri Məhəmməd İslami ilə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə M.İslami Astara-Astara dəmiryolu vasitəsilə mübadilə həcminin 25% artdığını və bunun 2 ölkə arasında əlaqələrin inkişafının göstəricisi olduğunu bildirib.

M.İslami Tranzit məsələsinin önəmindən danışaraq bildirib ki, Azərbaycandan keçmək bizim üçün Şimal-Cənub dəhlizinin aktiv edilməsi üçün bir imkan idi və həmişə bu dəhlizdə magistral yolun fəal olmasını təkid etmişik. O əlavə edib ki, Astara sərhədində avtomobillər üçün yeni terminalın tikilməsini müzakirə etdik, çünki köhnə terminalın mübadilə üçün potensiyalı yoxdur: “Bu səbəbdən sərhəddə yeni bir avtomobil körpüsünün tikilməsi haqqında razılıq əldə etdik. Bu körpünün tikintisi ilə Bakı-Astara magistral yolu Ərdəbil-Astara-Rəşt magistral yoluna birləşəcək. Gələn ay Astarada bu haqda saziş imzalanacaq və yeni terminalın və körpünün tikintisi üçün təməlqoyma mərasimi keçiriləcək”.

İranlı nazir bildirib ki, müzakirə edilən digər önəmli məsələ İran şirkətlərinin yenidənqurma işlərində iştirakı, İran yük maşınlarının Azərbaycana apardıqları yükləri sərhəddə deyil, Azərbaycanda müvafiq məntəqəyə çatdırılması ilə bağlı müzakirə aparılıb: “Bununla həm məhsulların xarab olmasının və gecikmənin qarşısını almaq olar, həm də daha keyfiyyətli məhsul istehlakçıya çatar”.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Ramiz Mehdiyev yazda komanda verəcək, insanlar küçəyə töküləcək" – Hafiz Hacıyev 

Xəbərdarlıq - Hava qeyri-sabit keçəcək, qar yağacaq

“İrəvanda hər şey rusların qərarından asılı olacaq” - Kreml Paşinyanı qorxutmaq istəyir

ABŞ gecə saatlarında İranın hərbi obyektlərini vurdu

Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur

Xərçəngə tutulmamaq üçün 8 qidadan imtina etməlisiniz - Siyahı

Putinlə Paşinyan arasında telefon danışığı olub

Ən çox oxunanalar