Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı 2020-ci ili qarşılamağa hazırlaşır - Yolkalar quruldu

Bakıda “Yolka”lar quruldu, 2020 hazırlığı başladı...

Fəvvarələr meydanında təşkil edilən “Soyuq Əllər, İsti Ürək: ”Qış Nağılı" yarmarkasının başqa ərazilərdə də qurulması istənilir; yığılan vəsait yenə imkansız ailələrin övladlarına xərclənəcək...

Bakıda artıq XXI əsrin 20-ci ilini qarşılamağa hazırlıqlar gedir. Ənənəvi olaraq, şəhərin Fəvvarələr meydanında “Soyuq Əllər, İsti Ürək: ”Qış Nağılı" yarmarkası təşkil olunub.

Hər il keçirilən bu yarmarkaya həm yerli camaat, həm xaricilər tərəfindən maraq olur. Yarmarkada şabalıd qovurmasından tutmuş, müxtəlif tez hazırlanan yeməklərə, balığa qədər təklif olunur.

Burada kitab, suvenir satışları və s. təşkil edilir. Fəvvarələr meydanında və Natəvan heykəli yaxınlığında böyük “Yolka”lar qurulub, bayram ab-havası hiss olunur.

Eyni yarmarkadan bulvarda da qurulmasına hazırlıq gedir. 2013-cü ildən fəaliyyət göstərən “Soyuq əllər, isti ürək” yarmarkası bu il də dekabrın 1-dən fəaliyyətə başlayıb.

Yarmarkada hər kəs sevdikləri üçün yeni il hədiyyələri, suvenirlər, kitablar, şirniyyatlar və əl işlərindən hazırlanmış müxtəlif hədiyyələr ala bilər. Bundan əlavə yarmarkada fəaliyyət göstərən kiçik kafelərdə əyləşib yemək və şirniyyatların dadına baxa bilərsiniz.

Şəkil çəkdirməyi xoşlayanlar da diqqətdən kənarda qalmayıb. Belə ki, onlar üçün bayram ab-havalı müxtəlif stendlər quraşdırılıb.

Amma yaxşı olardı ki, şəhərin bir neçə istiqamətlərində “Soyuq Əllər, İsti Ürək: ”Qış Nağılı" təşkil olunardı. Bununla həm mərkəzdə böyük sıxlığın qarşısı alınardı, həm də “Torqovıy”a gəlməyi uzaq sayanlar üçün rahat olardı.

Bakıda ən böyük qış sərgisi sayılan yarmarkanın təşkilində əsas məqsəd xeyriyyəçilikdir. “Nargis” Fondunun rəhbərliyi ilə yaradılan yarmarkada toplanan vəsaitlər imkansız ailələrin övladlarının müalicə və əməliyyat xərclərinə sərf olunacaq.

Onu da qeyd edək ki, xarici turistlər, çoxluq təşkil edən ərəblər də bu yarmarkaya maraq göstərirlər. Avropanın əksər paytaxtlarında Milad bayramında, Yeni il günlərində mərkəzi hissə bu cür bəzədilir. Çal-çağır, canlı musiqi, isti qəlyanaltılar... (müsavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar