Cümə axşamı, 28 May 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Bakcell”dən ölkə ərazisində onlayn satış və çatdırılma xidməti: şirkətdən növbəti “evdə qal” çağırışı

Bakcell şirkəti ölkədə koronavirusa qarşı mübarizə tədbirlərini dəstəkləməyə davam edir...

Bütün Azərbaycan vətəndaşlarına dəstək göstərmək məqsədilə icra olunan 360 dərəcə kommunikasiya və tədbirlər planı çərçivəsində Bakcell ölkənin bütün regionlarında onlayn satış və çatdırılma xidmətini təqdim edib.

Karantin müddətində şirkətin abunəçiləri və Bakcell şəbəkəsinə yeni qoşulmaq istəyənlər dublikat və ya yeni SİM-kartı diler dükanı və müştəri xidməti mərkəzlərinə getmədən sifariş etmək imkanına malikdirlər. Sifariş olunan SİM-kartlar Bakcell şirkətinin diler nümayəndələri tərəfindən müştərilərin ev və ya ofislərinə çatdırılacaq. Qeyd edək ki, Bakı və regionların mərkəzlərində çatdırılma tamamilə pulsuzdur.

Sifarişləri 555 nömrəsinə (Bakcell Əlaqə Mərkəzi) zəng etməklə və ya “Mənim Bakcellim” tətbiqetməsindən istifadə etməklə həyata keçirmək olar.

Qeyd edək ki, yeni xidmətdən Bakı, Gəncə, Sumqayıt, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Bərdə, Yevlax, Samux, Goranboy, Ağcabədi, İmişli, Şirvan, Sabirabad, Göyçay, Şamaxı, İsmayıllı, Ağsu, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qəbələ, Zaqatala, Şəki, Qax, Balakən, Mingəçevir, Ağdaş, Lənkəran, Biləsuvar, Salyan və Naxçıvan MR ərazisində istifadə etmək olar.

Xatırladaq ki, Bakcell ölkədə koronavirusa qarşı mübarizə üzrə həyata keçirilən genişmiqyaslı tədbirləri dəstəkləmək üçün bir sıra mühüm layihələr həyata keçirib. Belə ki, şirkət Koronovirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə etməklə yanaşı, Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronovirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-testin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bundan əlavə, Bakcell karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərib və bütün karantin mərkəzlərinin həkimlərinə və müxtəlif karantin mərkəzlərində karantində saxlanılan vətəndaşlarımıza isə ödəmə kartları hədiyyə edib. Bakcell abunəçiləri öz telefonlarının ekranlarında “evdə qal” çağırışını görürlər. 1542 qaynar xətt nömrəsinə zənglər də bütün Bakcell abunəçiləri üçün tamamilə pulsuzdur.

Həmçinin, şirkət abunəçilərinə xüsusilə vacib olmadıqda, Müştəri Xidməti Mərkəzlərinə getmək əvəzinə “Mənim Bakcellim” tətbiqetməsindən istifadəni və ya 555 Əlaqə Mərkəzinə zəng etməyi tövsiyə edib.

Bakcell şirkəti həssas əhali qruplarına dəstək göstərmək üçün digər KSM təşəbbüsləri üzərində işləyir.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Bakcell

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Nazirlik rəsmisindən Elmar Məmmədyarovla bağlı açəqlama

Əməkdar artistin vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi

Cəfər Cəfərov Əbülfəz Qarayevin “süqut”undan sonra bərk narahatlıq keçirir

DTX-nın əməliyyatı zamanı Qarayev kabinetində nə edirdi?..

“Hazırda 3 aylıq işıq, qaz pulu borcum var, övladlarım ödəyəcək” - Aslan İsmayılov

Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən etibarən... - Açıqlama

Məmmədyarovun və dövlətin reputasiyası – Və Xarici İşlər naziri ilə “yoğun” məmurların fərqi...

Tünzalə TV-ləri, Tahir İmanov isə Afət Fərmanqızını təndiq etdi

Şirməmməd Hüseynovun qızı Mədəniyyət naziri olacaq?

Əli Həsənovun qanunsuz verdiyi mənzillər satışa çıxarıldı - Sənəd

loading...

Ən çox oxunanalar