Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakcell”dən 50 GB trafiki cəmi 30 manata

Abunəçilərin irihəcmli internet trafikinə olan tələbatını ödəmək məqsədilə "Bakcell" şirkəti cəmi 30 manata yeni 50 GB internet paketini təqdim edir...

Bu təklif sayəsində "Bakcell" öz abunəçilərinə Azərbaycanın ən üstün və ən sürətli mobil şəbəkəsinin tam potensialından istifadə etmək imkanı qazandırır. İrihəcmli internet paketi yüksəkkeyfiyyətli video kontentə baxmaq və ya yükləmək, sosial media və əyləncə proqramlarına ani giriş edə bilmək, HD keyfiyyətində canlı yayımlanan idman və musiqi verilişlərinə baxmaq və yeni nəsil mürəkkəb mobil tətbiqetmələrdən istifadə etmək istəyən abunəçilər üçün çox əlverişlidir.

“Müasir müştəri təcrübəsi daha sürətli və keyfiyyətli mobil internet bağlantısı, eləcə da daha böyük trafik həcmi tələb edir. Biz abunəçilərimizə bütün ölkə ərazisində video yayım xidmətləri, sosial şəbəkələr və digər yüksəkkeyfiyyətli kontentlə yanaşı, ən müasir telekommunikasiya xidmətlərindən istifadə imkanı təqdim etməkdən məmnunuq. Azərbaycanın ən üstün mobil şəbəkəsi ilə yanaşı üstün müştəri təcrübəsini təmin etmək məqsədilə təklif etdiyimiz xidmət və məhsulların təkmilləşdirilməsini davam etdirəcəyik”, - "Bakcell" şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.

50 GB internet paketini “Mənim Bakcellim” tətbiqetməsi vasitəsilə və ya xüsusi kodu yığmaqla əldə etmək olar. Daha ətraflı məlumat üçün https://www.bakcell.com/az/50gb-bundle səhifəsini ziyarət edin.

"Bakcell" şirkəti məhsul və xidmətlərinin keyfiyyətini müntəzəm qaydada artırmaqla abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim edəcək. Ölkədə ən geniş əhatə dairəsinə malik olan, tanınmış OOKLA şirkəti tərəfindən ardıcıl olaraq 3 dəfə “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülmüş "Bakcell" şəbəkəsi bunun üçün bütün texniki imkanları təmin edir.

Azərbaycanın İlk Mobil Operatoru "Bakcell" şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

8 000-dən artıq baza stansiyası vasitəsilə "Bakcell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Bu gün "Bakcell" şirkəti ölkədə ən böyük və sürətli 4G mobil şəbəkəsinə malikdir və Azərbaycanın bütün regionlarının mərkəz hissələrini (Naxçıvan Muxtar Respublikası və işğal olunmuş ərazilər istisna olmaqla) və ölkə əhalisinin 93%-ni əhatə edir.

"Bakcell" və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya ingilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

pia.az


Etiket: "Bakcell"


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Neytral mövqe tutan ölkələr Putinə nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edib

Ən çox oxunanalar