Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakcell” və İNNOLAND gənc developerləri investorlarla tanış edib

“Bakcell”in Applab proqramı və İNNOLAND İnkubasiya və Akselerasiya mərkəzi özlərinin birgə inkubasiya proqramının iştirakçıları üçün “Demo Day” (Demo Günü) tədbiri keçirib...

Tədbirin məqsədi maliyyələşməyə ehtiyacı olan startaplar və sərmayə yatırmaq istəyən potensial investorları bir araya gətirmək və tərəflər arasında sağlam mühitdə davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir.

Bakcell və İNNOLAND tərəfindən həyata keçirilən birgə inkubasiya proqramının finalçıları öz nailiyyət və yeniliklərini nümayiş etdirib perspektivli startaplara investisiya yatırmaq marağında olan şirkətlərin nümayəndələri və biznesmenlərlə tanış olmaq üçün dəvət olunublar.

Bakcell tərəfindən dəstəklənən “Bon.az” (www.bon.az - onlayn “cashback” xidməti), “Towaves” (www.towaves.com - ortaq maraq və oxşar fikirləri olan insanları bir araya gətirən şəbəkə) və “Fonibo” (www.fonibo.com - ərzaq və yeməklərin çatdırılması platforması) startapları da layihə və gələcək planlarla bağlı məlumat vermək və potensial investorların diqqətini cəlb etmək imkanı qazanıblar.

2018-ci ildə Bakcell şirkəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Həmin müqavilə çərçivəsində Bakcell və INNOLAND yerli startaplar üçün birgə inkubasiya proqramı həyata keçirir.

İnkubasiya müddəti ərzində startap komandaları öz layihələri üzərində daha effektiv şəkildə işləyərək startap ideyalarını uğurlu və innovativ biznesə çevirmək üçün INNOLAND və Bakcell tərəfindən təqdim olunan pulsuz ofis sahəsi, peşəkar məsləhətlər, avadanlıq, təlimlər və digər imkanlardan istifadə edirlər.

Xatırladaq ki, 2014-cü ildən etibarən müxtəlif proqram təminatı və avadanlığın yaradılması ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün Bakcell şirkətinin AppLab proqramından dəstək alırlar. (oxu.az)

pia.az


Etiket: Bakcell

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar