Bazar ertəsi, 08 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Bahar Muradova İordaniya səfiri ilə görüşüb

Yanvarın 21-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Asem Ğoşehlə görüşüb.

Komitədən "Report"a verilən məlumata görə, görüşün təşəbbüsünə görə təşəkkürünü bildirən Bahar Muradova ölkələrimiz arasında əməkdaşlığın tarixi köklərə malik olduğunu vurğulayıb.

Komitə sədri bu münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və ölkələrimizin müvafiq qurumları arasında mövcud əməkdaşlığın daha da inkişafı üçün imkanlar yaratdığını diqqətə çatdırıb.

Azərbaycanın tarixi Zəfəri barədə məlumat verən B.Muradova istər Qoşulmama Hərəkatı, istərsə də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Vətən müharibəsinin getdiyi 44 gün ərzində sərgilədiyi mövqenin müharibədən sonrakı quruculuq dönəmində də davam edəcəyinə ümid etdiyini, dostluq münasibətlərimizin mövcud problemlərin həllində də mühüm rol oynayacağına əminliyini bildirib.

Səmimi qəbula görə komitə sədrinə minnətdarlıq edən səfir Sami Asem Ğoşeh Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və İordaniya lideri, mərhum Kral Hüseynin xalqlarımız arasında dostluğun əsasını qoyduğunu, bu gün bu əlaqələrin dövlət başçıları İlham Əliyev ilə İordaniya Kralı II Abdullah ibn Hüseyn al Haşim arasındakı səmimi qardaşlıq münasibətləri sayəsində daha da möhkəmləndiyini qeyd edib.

Diplomat Azərbaycanla İordaniyanın dostluq və qardaşlıq münasibətlərinin eyni adət-ənənələr və islami dəyərlərə söykəndiyini, ölkələrimiz arasında əməkdaşlığın digər sahələrdə olduğu kimi, ailə, qadın və uşaq məsələləri sahəsində də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Komitənin bu sahədə həyata keçirdiyi layihələri nümunə kimi qiymətləndirən səfir Ğoşeh növbəti illərdə Azərbaycanla birgə tədbirlərin keçirilməsində maraqlı olduqlarını söyləyib.

pia.az


Etiket:
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ramiz Mehdiyev ağır xəstəlikdən əziyyət çəkir... - Video

Əli Nağıyevi “keçi qiyməti”nə satan, "vəzirovçu" Həsənovun son ümidləri də puç oldu

“Azərsu” rəhbərinin biznes şəbəkəsi də üzə çıxdı – Video

Tez öləcəyini bildiyi üçün evlənməyən aktyorumuz - Maraqlı faktlar

Vilayət Eyvazov dünya çempionuna vəzifə verdi  

Həbs edilən məşhur pəhləvan qardaşlara cəza verildi, birini infarkt vurdu - Əxlaqsızlıq yuvası işlədirdilər + Fotolar 

“Oba” market malların istehsal tarixlərini dəyişirmiş - Rəsmi açıqlama

Bakıda başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi məlum oldu - Yenilənib

Qazaxın işğal altındakı 7 kəndinin Azərbaycana qaytarılması prosesi də başlandı?..

Tural Abbaslı“Lider” TV prezidentinin köməkçisi ilə əlbəyaxa oldu

Ən çox oxunanalar