Bazar ertəsi, 14 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Bahalaşma ilə bağlı təlaşa ehtiyac yoxdur” – Nazir müavini

“Azərbaycanda kənd təsərrüfatı məhsullarının bahalaşması ilə bağlı təlaşa ehtiyac yoxdur”

Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

O, bu barədə bəzi məhsulların qiymətinin artmasına münasibət bildirərkən danışıb.

“Kənd təsərürfatı məhsullarının bazarı liberaldır. Qiyməti tələb-təklif tənzimləyir. Biz nə istehsalçının, nə də istehlakçının ziyana düşməsini istəyirik. Sadəcə, bəzi məhsullar mövsümdən və iqlim şəraitində asılı olaraq bahalaşır və yaxud ucuzlaşır”, – deyə o qeyd edib.

“Bu yaxınlarda dövlət kartof və soğanın ixracına məhdudiyyətlər tətbiq etdi. Zərurət yaranarsa, daxili bazarın tənzimlənməsi ilə bağlı bu kimi tədbirlər həyata keçiriləcək”, – deyə İ.Quliyev əlavə edib.(Report)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: İlham Quliyev

Şərh yazın.

loading...

Ən çox oxunanalar