Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bağırovun 50 min nəfəri güllələtməsi haqda absurd iddialar...

Və yaxud Mir Cəfər Bağırov həqiqətən 100 min nəfəri Qazaxıstan və Sibirə sürgün etdirib?

Arxivlər açılandan sonra nə qədər kitablar, məqalələr yazılmasına baxmayaraq yenə sosial şəbəkələrdə anası, dayıları erməni olanlar və burda Azərbaycan pasportu ilə yaşayan ermənilər Azərbaycan Respublikasının, Azərbaycan dövlətçiliyinin, həm hal – hazırda nüfuzlu postlarda işləyən, həm də keçmişdə mühüm postlarda olmuş dövlət nümayəndələrinin əleyhinə yazılar yazır, video roliklər hazırlayırlar. Məlumatı olmayanlar dərhal müxtəlif rəylər yazıb özlərini gülünc vəziyyətə qoyur, məlumatı olanlar isə sadəcə Mir Cəfər Bağırovun biblioqrafı Fazil Məmmədovun sözlərini yada salırlar. Heç kəsə sirr deyil ki, Bakıda nə qədər erməni yaşayır. O da sirr deyil ki, keçən əsrin 70-ci illərindən Ermənistandan bütün ev avadanlıqlarını, ev heyvanlarını, hətta pişiklərini belə özləri ilə götürüb Azərbaycana köçən ailələr olmuşdur. Bu qərbi azərbaycanlılarla yanaşı azərbaycanlı pasportu ilə köçən ermənilər də çox olmuşdur və onlar Azərbaycanın bütün rayonlarında məskunlaşıblar. Yaxşı işlə təmin olunan bu insanlar Azərbarcanın çörəyini yeyir, suyunu içir, ancaq gizli şəraitdə Azərbaycanın əleyhinə iş aparırlar. Moskvada dərc olunan jurnalda Amerika astronavtlarının hamısının mason olduqları barədə məlumatlar var. Ermənilərin reaksiyası maraqlı olub. Masonlar barədə məlumatların gizli olmasını yaddan çıxaran ermənilər istəyiblər özlərinin mason sayının çox olmasını açıqlasınlar. Yəqin bunu istəyən erməni savadsız ermənidir və yəqin buna görə cavab verəcək. Onlar “kitlərinin” yaşaması üçün “kilkələri” qurban verməyi bacarırlar.
1news.az saytında 23 iyul tarixində Mikayıl Müşfiq, Hüseyn Cavid və Mir Cəfər Bağırovun şəkilləri ilə özünü çoxbilmiş sayan ermənilərin adamları 1920 – 1939-cu illərin Nəriman Nərimanov, Mir Cəfər Bağırov haqqında olan məlumatları Şah İsmayıla, Tağıyevə, Leninə məktub, Nərimanovun mövqeyi, Zəngəzur hadisələri, Azərbaycanın Sovetlərin tərkibindəki mövqeyi, Mehmandarov və Şıxlinski kimi tanınmış Azərbaycan generallarının repressiyadan xilası hadisələrini qarışdırıb xalqı çaşdırırlar. Guya Mir Cəfər Bağırov 50 min nəfəri güllələdib, 100 min nəfəri Qazaxıstan və Sibirə sürgün etdirib. Bunu yazanların 00447 nömrəli əmrdən xəbərləri yoxdur, “Üçlük” barədə məlumatları yoxdur, Mir Cəfər Bağırovun, partiya rəhbərinin “Üçlüy”ün işinə müdaxilə etməyə ixtiyarının olmamasından xəbərləri yoxdur. Mir Cəfər Bağırov saytındakı məqalələrimdə Orta Asiya respublikalarının rəhbərlərinin “Üçlüy”ün işinə müdaxilə etdiklərinə görə güllələndikləri barədə arxiv materiallarına əsaslanan faktlar var.

...1917-ci ildə Qubada İnqilab Komitəsi sədrinin müavini vəzifəsində işləmiş, 1918-ci ildə Bakıda hərbi – siyasi işdə çalışdıqdan sonra Bakı Kommunasının müvəqqəti süqutu ilə əlaqədar olaraq əvvəlcə Şimali Qafqazda, sonra isə Həştərxanda S. M. Kirovun rəhbərliyi altında inqilabi iş apararkən göstərdiyi fəaliyyət haqqında xəbərlər Stalinə artıq məlum idi. V.İ. Leninin partiyanın MK-sı adından irəli sürdüyü çağırışa ölkənin ağır zamanında strateji məhsul olan taxılın daşınmasında nəqliyyatın bütün yollarında müdaxiləçilərdən təhlükəsizliyin təmin olunmasında Mir Cəfər Bağırovun gərgin işi nəzərə alınmış, xidmətlərinə görə irəli çəkilərək 1918-ci ildə Həştərxanda polk komissarı təyin edilmişdi. 22 yaşlı polkovnik Sovet hökumətinə xidmət etməklə bərabər Azərbaycan xalqının igid oğullarına havadarlıq etmiş, müxtəlif vəzifələrdə irəli çəkilmələrinə yardım etmişdir. Ancaq hələ tam səlahiyyət sahibi olmamağına baxmayaraq Kremldəki vəzifə sahiblərinin yanında nüfuzu vardı.
Saytlardakı yazılara görə, doğrudan da bəzi müəlliflərin kitablarında Mir Cəfər Bağırovun rütbələri düzgün göstərilmir. Çoxlarını Mir Cəfər Bağırovun polkovnik və marşal rütbələri barədə məlumat maraqlandırır. 1918-ci ildə polkovnik rütbəsi almış M.C. Bağırov Mikalay Alyaksandroviç Zyankoviçin “Oğul İ.V. Stalin ailəsində tərbiyə alıb” kitabında 1945-ci ilin iyul ayında Sovet İttifaqı Marşalı adı alması öz əksini tapıb:

Sosial şəbəkələrdə yazan müəlliflər Beriya – Bağırov münasibətlərini də düzgün işıqlandırmırlar. Bu mövzuda dəfələrlə məqalələr dərc olunub, Teyyub Qurbanın, Adıgözəl Məmmədovun, Fazil Məmmədovun, Ramiz Əhmədovun, Sadıq Murtuzayevin, Qərb sovetoloqları – ingilis professorları D. Hollovey, D. Reyfild və Amerika professoru Q. Ferrin yazdıqları “Beriya – QULAQ imperiyası” kitablarında arxiv materiallarına əsaslanan dəqiq məlumatlar geniş oxucu kütləsinə çatdırılıb. (QULAQ – rusca Qlavnaya Upravleniya Laqerey, azərbaycanca BAŞDİ – Baş Düşərgələr İdarəsi – F.B.) Erməni müəllifləri və Bakıda yaşayan əsli, mənşəyi bilinməyən müəlliflər məlumatları təhrif edərək, tarixləri, adları dəyişərək tarixçiləri də çaşdırırlar. Y. Sumbatov barədə də bəzi müəlliflər qeyri – dəqiq məlumatlar yazırlar. 1905-ci ildən menşevik partiyasının üzvü olan Yuvelian Sumbatov məhz Lavrenti Beriyanın köməyi ilə 1921-ci ildə Azərbaycan ÇK-sına sıravi işə qəbul olunmuş, 1922-ci ilin avqustunda respublika çekasının banditizmlə mübarizə şöbəsinin rəisi təyin edilmiş və partiya bileti əldə etmişdi. Onun menşevik partiyasından olması gələcəkdə başına gələcək işlərin əsası idi. (Yuvelian Davidoviç Sumbatov 1889-cu ilin sentyabrında Kutaisi vilayətinin Senak qəzasının Abaşsk rayonunun Kapana kəndində anadan olmuş, 1934 – 1941-ci illərdə NKVD-yə rəhbərlik etmişdir – F.B.) L. Beriya ilə yaxınlığı Y. Sumbatova Mir Cəfər Bağırovun etimadını qazanmağa yardım etmişdi. 1927-ci ildə Mir Cəfər Bağırov Tiflisə göndərilən zaman Y. Sumbatov da Azərbaycan xüsusi xidmət orqanlarının sıralarını tərk etmiş və onunla getmişdi. 1929-cu ildə Mir Cəfər Bağırov yenidən Azərbaycanın təhlükəsizlik orqanının rəhbərliyinə qayıdanda Y. Sumbatovu da özü ilə gətirmişdi. Nəhayət 1930-cu ildə Mir Cəfər Bağırov bir daha Azərbaycan xüsusi xidmətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb Moskvaya göndəriləndən az sonra Y. Sumbatov da Azərbaycanı tərk edərək öz karyerasını Tiflisdə davam etdirmişdi. 5 may 1933-cü ildə Sumbatov respublika xüsusi xidmət orqanının, yəni Azərbaycan Dövlət Siyasi İdarəsinin sədr müavini, 5 mart 1934-cü ildə isə sədri təyin edilir. 30-cu illərin ikinci yarısında Azərbaycan SSR-də baş verən kütləvi repressiyalar zamanı Mir Cəfər Bağırov və Y. Sumbatovun ən yaxın silahdaşlarından biri Timofey Borşev olmuşdu. (Timofey Mixayloviç Borşev Bakı quberniyasının Quba qəzasının Qusar kəndində qəssab ailəsində anadan olmuşdur – F.B.) Sumbatovla Borşev birbaşa Beriyanın şəbəkəsinə daxil idilər. Timofey Borşevin 30-cu illərdə və sonrakı dövrdə qeyri - adi karyerasında L. Beriya xüsusi rol oynamışdı. Mir Cəfər Bağırov 50-ci illərin ortalarında T. Borşevdən bəhs edərkən onu L. Beriyanın kadrı adlandırmışdı. 1933-cü ildə Moskva Azərbaycan SSR K(b)P-nin birinci katibi vəzifəsinə uzun illər respublikada sovetlərin əsas təhlükəsizlik orqanı olan Əksinqilab və Sabotaja qarşı Fövqəladə Komissiyaya (Çeka) rəhbərlik etmiş Mir Cəfər Bağırovu gətirdi. Stalinə Azərbaycanda bacarıqlı və iş apara bilən bir kadr lazım idi. Bağırovu yaxından tanıması onun məhz belə bir adam olacağına zəmin yaradırdı. Azərbaycan təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi müddətdə Bağırov özünü stalinizmin sadiq əsgəri kimi sübut etmişdi. Stalin Lenin işinin davamı olan kütləvi repressiyalara hazırlaşırdı. M.C. Bağırovun işə təyin edilməsində dostu Lavrenti Beriyanın təqdimatının böyük rolu olmuşdur və o güman edirdi ki, Bağırov ona kömək edəcək. Ancaq Stalin fikirləşmirdi ki, dolayı yollarla Mir Cəfər Bağırov elə onun əli ilə nə qədər insanları repressiyadan qoruyacaqdı. Beriya da artıq 1932-ci ildən ÜİK(b)P-nin Zaqafqaziya Vilayət Komitəsinin birinci katibi olmuşdu. Mir Cəfər Bağırovla Lavrenti Beriyanın əlaqələri hələ 20-ci illərin əvvəllərindən başlamışdı. Sovetləşmədən qabaq Azərbaycan Cümhuriyyəti dövründə (1918 - 1920) onlar birlikdə xüsusi xidmət orqanlarında çalışmış, 1921-ci ildə Bağırov Azərbaycanda Çeka rəhbərliyinə təyin olunduqdan sonra Beriyanı özünün müavini vəzifəsinə gətirmişdi. (Bəzi müəllifləri çaşdıran Mir Cəfər Bağırovun eyni zamanda bir neçə məsul vəzifələrdə işləməsi olub – F.B.) Daha sonra isə Beriya Çekanı əvəzləyən Dövlət Siyasi İdarəsinin bütün Zaqafqaziyadakı rəhbəri təyin edilmişdi. Partiya və dövlət işində sürətlə irəliləyən Beriya 1932 - 1938-ci illərdə ZVK-nin birinci katibi, 1938-ci ildən isə SSRİ Daxili İşlər komissarı və SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olmuşdu.

10 dekabr 1933-cü ildə Tbilisidən göndərilmiş Lavrenti Beriyanın təqdimatı ilə Mir Cəfər Bağırovu Azərbaycan Xalq Komissarları Soveti sədri vəzifəsindən azad edib, AK(b)P MK və BK-nın birinci katibi seçdilər. AK(b)P MK-nın ikinci katibi Hüseyn Rəhmanov isə XKS-nin sədri oldu. H. Rəhmanovun əvəzinə AK(b)P MK-nın ikinci katibi vəzifəsinə S. Kudryavtsev gətirildi.

(Ardı var)

Füzuli Baratov, AJB üzvü

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

İsrail İrana cavab zərbəsi hazırlayır: Hədəf hara olacaq?

Ən çox oxunanalar