Çərşənbə axşamı, 01 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bağdadini ABŞ özü yaratdı,dəstəklədi və aradan götürdü - İran XİN

İran XİN nümayəndəsi Bağdadinin ölümünü şərh edib...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran İslam Respublikası (İİR) Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Abbas Musəvi oktyadarın 28-də jurnalistlər üçün keçirilən brifinqdə İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi barədə xəbəri şərh edib. O bildirib ki, İŞİD İranın dəstəyilə İraqSuriya xalqları tərəfindən artıq çoxdan məğlub edilib.

Əbu Bəkr əl-Bağdadi kimi «personajlar» və ona oxşar terrorçular Birləşmiş Ştatların «özü tərəfindən hazırlanıb və dəstəklənib. Birləşmiş Ştatlar periodik olaraq, «istifadə müddəti bitən kimi, öz yetişdirmələrindən yaXasını qurtarır»» - deyə, İran XİN-də bildiriblər.

«İŞİD İraqSuriyada terrorçuluğa qarşı müqavimət cəbhəsinin gəncləri tərəfindən məğlub ediib. İraqSuriya vətəndaşları İranın dəstəyi ilə artıq çoxdan bu terrorçu qruplaşmanı məğlub ediblər» – Musəvi bildirib.

İranlı diplomat ardınca, xəbərdarlıq edib: «İŞİD-i biz məğlub etsək də onun ideoloqları hələ sağdırlar və tamamilə mümkündür ki, qruplaşmanın sağ qalmışları (sahə komandirləri və döyüşçülər) bölədə gələcək dağıdıcı fəaliyyəti davam etdirmək üçün ABŞ tərəfindən yeidən təşkil olunsun».

«Təəccüblü deyil ki, əl-Bağdadinin öldürülməsi üzrə ABŞ-n fəaliyyəti bu qədər ajiotaja səbəb olur. Hər dəfə ABŞ-da seçkilər ərəfəsində hakimiyyət daxili «istehlak» üçün belə kartlarla oynayır» - deyə, nazirlik sözçüsü bəyan edib.

Xəbər verildiyi kimi, artıq Rusiyanın Müdafiə Naziriyi (MN) əl-Bağdadinin «növbəti dəfə» öldrülməsi barədə səhih məlumata malik olmadığını bildirib.

pia.az


Etiket: Bağdadi ABŞ

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Laçında 200 erməni saxlanılıb - Rus sülhməramlılarına "xidmət" etmək üçün

“Moskva ona sadiq qalan Bakıya xəyanət etdi” - Şevçenko

Ruslardan həyəcan təbili: ”Ermənilər tezliklə muxtariyyət istəyəcək...” - Video

Laçın sabah boşaldılmalıdır, amma... – Dəhlizi kim və necə müəyyənləşdirəcək?..

Mühasirəyə düşmə videosu yayılan hərbçi Şuşa istiqamətində şəhid olub - Video

Üç tələbəsinin öldüyü qəzanın anbaan görüntüləri - Video

Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil oldu - Müdafiə Nazirliyi

Azərbaycanda Qələbə paradı keçiriləcək - Vaxtı açıqlandı

Şuşadakı hərbçimizdən Zülfiyyə Xanbabayevaya hədiyyə - Video

Türkiyə və Rusiya Qarabağla bağlı anlaşdı - Türklər gəlir...

loading...

Ən çox oxunanalar