Bazar ertəsi, 06 Dekabr 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Bağdaddan gətirilən azərbaycanlı İŞİD uşaqları: Onlar harada saxlanılır? - Açıqlama

Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsi İraq Respublikasından ölkəmizə gətirilən azərbaycanlı uşaqlarla bağlı məlumat yayıb.

Dövlət Komitəsindən  verilən məlumatda deyilir:

"Oktyabrın 28-də İraq Respublikasının cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 38 uşağın ölkəmizə repatriasiyası həyata keçirilib.

Uşaqların Azərbaycana gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən həyata keçirilmiş koordinasiya olunmuş fəaliyyət və mərhələli tədbirlər nəticəsində mümkün olub. Prosesə hazırlıq məqsədilə İraqSuriya Ərəb Respublikalarından Azərbaycan vətəndaşlarının repatriasiya və reabilitasiyasına məsul dövlət qurumlarından ibarət İşçi Qrupun üzvləri Bağdada ezam edilib.

Nəticədə Ailə, Qadın və Uşaq Problemlər üzrə Dövlət Komitəsinin nümayəndəsinin də iştirak etdiyi Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə 38 uşaq ölkəmizə gətirilib.

Dövlət Komitəsi və digər aidiyyəti qurumların birgə iştirakı ilə uşaqların reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Qeyd edək ki, indiyədək 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 nəfər Azərbaycan vətəndaşı İraq Respublikasından repatriasiya edilib.

Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq uşaqların və onların ailələrinin vəziyyətinin qiymətləndirilməsi və monitorinqi həyata keçirilir, eləcə də psixoloji dəstəyin göstərilməsi, müvafiq sənədlərin hazırlanması istiqamətində iş aparılır".

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub

Deputat Ülvi Quliyev “SSRİ gözəli” müsabiqəsinə nə qədər pul xərcləyib? - Fotofakt

Elman Rüstəmovun kürəkəni milyonları Avropaya belə daşıyır – Foto

Azərbaycanda 11 yaşlı oğlan 14 yaşlı qardaşını güllələyərək öldürdü

Hökumətin subsidiya qərarı: Dizel yanacağı yenə bahalaşır?

Yeni nazir müavini təyinatından danışdı - Foto

Bakıda “AA” seriyalı maşının sürücüsü qazinin yolunu kəsib onu söydü – Video

Azərbaycanın ən gözəl qızı və ən yaraşıqlı oğlanı seçildi

İşsizlərin nəzərinə! - Bu sənədləri təqdim edin və... - Video

Novella Cəfəroğlu: "Gedib deyirik ki, Tofiq Yaqublunu yaxşı edib döyümüsünüz?!"

Kəmaləddin Heydərov Astara sakinlərinə 18 villa tikir? 

İran öz mövqeyindən geri çəkilməyəcəyini bildirib

Ən çox oxunanalar