Çərşənbə, 22 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Bağdadda nümayişlər: Ölənlərin sayı 50 nəfərə çatıb

Cümə günü axşam saatlarında Bağdadda silahlı şəxslərin nümayişçilərə hücumu nəticəsində həlak olanların sayı 50 nəfərə çatıb

Bu barədə Al Arabiya telekanalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Bundan əvvəl 25 nəfər həlak olduğu, 130 nəfərdən çox insanın yaralandığı bildirilirdi.

Telekanalın məlumatına görə, bir qrup silahlı şəxs maşınlarda Əl-Xilyani meydanına gələrək, oradakı nümayişçilərə atəş açmağa başlayıb. Atəş bir neçə saat davam edib. Bu təxribatın arxasında kimin dayandığı indiyədək müəyyənləşməyib. Lakin aydın olub ki, dəfələrlə etirazçılara qarşı silah işlətməkdə ittiham olunan güc strukturlarının hücumda əli yoxdur.

Xatırladaq ki, İraqda oktyabrın 1-dən ağır sosial-iqtisadi həyat şəraitinə qarşı başlayan etiraz aksiyaları davam edir. Bu müddətdə azı 460 nəfər həlak olub, minlərlə insan isə yaralanıb. (Azərtac)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Bağdad etirazlar

Şərh yazın.


loading...

Ən çox oxunanalar