Bazar ertəsi, 03 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Bacarıqsız və qətiyyətsiz: Minsk Qrupu “siyasi turizm təşkilatı"dır

“Bunlar Avropanın bir sıra gözəl şəhərlərində görüşlər təşkil etmək, boş-boş danışıqlar aparmaqla məşğuldurlar”... 

 

Azərbaycan Prezidenti İlham Əliyev ölkə telekanallarına müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsinə toxunub. Ölkə başçısı Ermənistanın qeyri-konstruktiv mövqe sərgilədiyini, beynəlxalq qurumların isə bu məsələdə susqun qaldığını açıqlayıb. Münaqişənin həllinin nizamlanması üzrə fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun fəaliyyətinin yetərli olmadığını bildirən Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan işğalçılıq siyasətini davam etdirdiyi üçün ona qarşı təzyiq edilməlidir. Əks halda, nəticələr bölgə üçün təhlükə vəd edir.

Prezident, işğalçı ölkənin sülhə gətirilməsi üçün Minsk Qrupuna mesaj da göndərib. Azərbaycanın ərazi bütövlüyünün danışıqlar mövzusu olmadığını bir daha bəyan edən İlham Əliyev, “heç kim Aprel döyüşlərini unutmamalıdır”, - deyə müharibəyə işarə edib.

Azərbaycan siyasiləri hesab edirlər ki, Ermənistanı sülhə məcbur etməyən və ya edə bilməyən Minsk Qrupu “papağını qarşısına qoyub” yaxşı-yaxşı düşünməlidir. Çünki, səbr tükənir və Cənubi Qafqaz bu gedişlə barıt çəlləyinə dönəcək.

“Əks halda, Ermənistan ağır nəticələrlə üzləşməli olacaq”

Milli Məclisin deputatı Asim Mollazadə Prezidentin məlum çıxışını AYNA-ya dəyərləndirərkən bildirib ki, Minsk Qrupu daxil, beynəlxalq qurumlar öz üzərinə düşən missiyanı həyata keçirə bilməyib. Onun sözlərinə görə, uzun illərdir ki, Azərbaycanın ərazilərini işğal etmiş Ermənistana qarşı BMT Təhlükəsizlik Şurasının qətnamələri var, bir sıra beynəlxalq təşkilatların işğal faktı ilə bağlı qəbul etdiyi sənədlər var.

“Lakin təcavüzkar Ermənistanı sülhə məcbur etmək istiqamətində hansısa işlər görülmür. Minsk Qrupu müəyyən qədər “siyasi turizm təşkilatı”na çevrilib. Avropanın bir sıra gözəl şəhərlərində görüşlər təşkil etmək, boş-boş danışıqlar aparmaqla məşğuldurlar. Təəssüf ki, danışıqların nə mahiyyəti var, nə konkret nəticəsi var, nə də ortada konkret iş var. Mənə elə gəlir ki, Minsk Qrupu bölgədəki gərginliyə məsuliyyət daşıyır”, - deputat deyib.

Mollazadə xatırladıb ki, Ermənistan hərbiçiləri mütəmadi olaraq atəşkəs rejimini pozur, təxribat törədir, dinc əhaliyə qarşı silah işlədirlər: "Bu günlərdə Ermənistan silahlı terrorçularının gülləsi ilə ölən balaca Zəhranın ölümünün növbəti ildönümü idi. Beynəlxalq təşkilatlar görmür ki, ermənilər uşaq qatilidirlər? Niyə Ermənistana dinc əhaliyə qarşı silah işlədildiyi üçün təzyiq göstərilmir? Bu suallar açıq qalıb”.

Millət vəkilinin qənaətincə, Prezident çıxışında Azərbaycan xalqının iradəsini ifadə edib: “Ölkə başçısı bir daha bəyan etdi ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq ərazilərini işğaldan azad edəcək. Bu, Azərbaycanın haqqıdır. Prezidentin mesajı təkcə Minsk Qrupuna yox, bütün beynəlxalq təşkilatlaradır ki, beynəlxalq hüquqa hörmətsizlik çox pis nəticələr verə bilər. Artıq Azərbaycan xalqının səbri tükənib”.

“Burada söhbət müharibədən yox, antiterror əməliyyatlarından gedir. Ermənistan da, beynəlxalq təşkilatlar da bilməlidir ki, ermənilərin terrorçu fəaliyyəti, işğal olunmuş Azərbaycan ərazilərinə başqa ölkələrdən ermənilərin köçürülməsi kimi hallar çox pis nəticələr verə bilər. Rəsmi Bakı beynəlxalq ictimaiyyəti, təşkilatları xəbərdar edir ki, təcavüzkar sülhə məcbur edilməlidir. Əks halda, Ermənistan ağır nəticələrlə üzləşməli olacaq”, - deputat vurğulayıb.

A.Mollazadənin fikrincə, bütün dünya bilməlidir ki, Azərbaycan dövləti və xalqı müharibə istəmir, sülh, əmin-amanlıq şəraitində yaşamaq istəyir: “Böyük beynəlxalq layihələrlə bağlı Azərbaycan hamını əməkdaşlığa dəvət edir. Pandemiya dövründə Azərbaycan bir çox iqtisadiyyatı zəif ölkələrə yardım əlini uzatdı, həmrəylik göstərdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının sessiyası çağrılır, 130-dan çox ölkə bunu dəstəkləyir. Yəni ki, Azərbaycan sülhün tərəfdarıdır, barış istəyir. Amma Ermənistan öz anti-sülh mövqeyi və siyasəti ilə vəziyyəti gərginləşdirir. Bunun sonu Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir”.

“Həmsədrlər arasında Azərbaycanın mənafelərini müdafiə edən, müdafiə edəcək dövlətlər yoxdur”

Müsavat Partiyasının başqanı Arif Hacılı isə hesab edir ki, Minsk Qrupu danışıqların davam etməsi imitasiyasını yaratmaqla, konfliktin həll olunmasına yox, konservləşdirilməsinə xidmət edir. Hacılı AYNA-ya deyib ki, həmsədrlər arasında Ermənistanın mövqelərini açıq şəkildə müdafiə edən iki ölkə var – Rusiya və Fransa: “Amma həmsədrlər arasında Azərbaycanın mənafelərini müdafiə edən, müdafiə edəcək dövlətlər yoxdur”.

“Minsk Qrupunun həmsədrləri dəyişdirilməlidir. Ya da ABŞ, Rusiya, Türkiyə dövlətlərinin təmsilçilərindən ibarət qrup yaradılmalıdır. Mövcud qrupa Türkiyə və Polşa təmsilçilərinin əlavə edilməsi də məqbul olardı. Bu təkliflər baş tutmasa, Minsk Qrupunun vasitəçiliyindən imtina edilməlidir. Qarabağ probleminin həlli populist şüarlarla, qarşı tərəfin diqtə etdiyi şərtlər əsasında aparılan nəticəsiz “sülh danışıqları” ilə yox, sistemli və prinsipial ümummilli siyasət, dövrün diqtə etdiyi şərtlər daxilində möhkəm siyasi iradə nəticəsində mümkün olacaq”, - Hacılı vurğulayıb.

Müharibə məsələsinə gəldikdə, Müsavat başqanı düşünür ki, vətənpərvərlik ruhunu qaldırmaq və iqtisadi potensialımızdan istifadə etməklə müharibə etmək olar: “Yüksək döyüş qabiliyyətli ordu yaratmaq, demokratik islahatlar və düzgün diplomatik siyasətlə beynəlxalq birliyin etimadını qazanmaq olar. Həmçinin, Rusiyadan mümkün qədər məsafələnib alternativ güc mərkəzlərinin dəstəyini almaqla, problemin ədalətli nizamlaması imkanları da kifayət qədər realdır”.

pia.az 


Etiket: Minsk Qrupu


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Müddət sentyabrın 1-dək uzadıldı – Baş Nazirdən qərar

Naxçıvanda “korrupsiyanın buynuzu”: Gömrükçülər 131% artıma necə nail ola biliblər?

Heydərovun oğlunun orta məktəbində illik təhsil haqqı 15 min manatdır

Elçibəy Əhmədzadəni kimin xahişi ilə komitə sədri təyin edib?

Sərt karantin rejimi avqustun 5-də bitir? - Rəsmi açıqlama

Ekstrasens Məlahət tapıldı və elə şeylər dedi ki...Yeni foto

Gömrük Komitəsinin birinci müavini casusların himayəçisidir? - Yeni detallar

"Elə birinci görüşdəcə Eynulla məndən həmin yazılara görə üzr istəyərək soruşdu ki..."

Ramiz Mehdiyevə növbəti ittiham - Xeyrəddin Qoca da akademikə söz atdı

loading...

Ən çox oxunanalar