Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Babayandan Qarabağla bağlı inanılmaz təklif

Qarabağ konfliktinin həllində Madrid prinsiplərindən imtina etmək lazımdır, çünki burada yalnız Azərbaycanın arzuları əks olunub

Bunu "24news.am" saytına müsahibəsində Qarabağ separatçılarının keçmiş "müdafiə naziri" Samvel Babayan deyib.

"Bu prinsiplərdə ərazilərin, qaçqınların qaytarılması, Ermənistan və Qarabağ arasında quru yolu əlaqəsi qəbuledilməzdir. Ermənistanı Qarabağla əlaqələndirən LaçınKəlbəcər rayonları alver predmeti ola bilməz. Madrid sənədlərinə əsasən, azərbaycanlılar müharibəyə qədər yaşadıqları ŞuşaLaçına qayıtmalıdırlar. Yəni Qarabağ və Ermənistan arasındakı quru əlaqəsinə faktiki olaraq azərbaycanlılar nəzarət edəcək. Bundan sonra Qarabağda ermənilər yaşamayacaq. Onlar Qarabağı tərk edəcəklər", - Babayan bildirib.

Onun sözlərinə görə, Bakı son illər ərzində silah almaqla yanaşı, onların öz ərazisində də istehsalına şərait yaradır və bununla özünün böyük güclərdən asılılığını zəiflədir. Babayan Bakının bununla müharibəyə hazırlaşmaq barədə siqnal verdiyini bildirib.

O, həmçinin Qarabağın (erməni icması nəzərdə tutulur - red.) danışıqlar masasına qaytarılmasına Azərbaycanın izn verməyəcəyini deyib.

Babayan Qarabağın həlli ilə bağlı yeni təklif də irəli sürüb:

"Qarabağ konflikti beynəlxalq himayədə olan mandat ərazisi çərçivəsində həll edilə bilərdi. Məsələn, Rusiya hər şeyi öz nəzarəti altına alır və onun mandatı çərçivəsində məsələ həll edilir".(axar.az)

pia.az


Etiket: Babayan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar