Bazar ertəsi, 17 Yanvar 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azyaşlı övladlarına əzab verən ögey anaya cinayət işi açıldı

Gəncə şəhər sakinləri 2009-cu il təvəllüdlü Əli və 2010-cu il təvəlüdlü Nigar Hüseynovanın (ad və soyad şərtidir) ögey anaları tərəfindən mütəmadi olaraq döyülmələri və onlara əzab verilməsi ilə bağlı daxil olmuş müraciət əsasında Gəncə şəhər prokurorluğunda araşdırma aparılmışdır.

Baş Prokurorluqdan PİA.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən olunmuşdur ki, azyaşlıların anasının ölümündən sonra ataları Zahid Hüseynovun (ad və soyad şərtidir) birlikdə yaşadığı Gəncə şəhər sakini Könül Vəliyeva (ad və soyad şərtidir) döyməklə və sair zorakı hərəkətlərlə azyaşlılara güclü fiziki ağrı və psixi iztirablar vermişdir.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.1 (əzab vermə - iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (əzab vermə - təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir.

İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, o cümlədən şahid dairəsinin müəyyənləşdirilməklə dindirilməsi həyata keçirilmişdir.

Eyni zamanda, azyaşlıların prokurorluq orqanlarına müraciəti əsasında, onların sosial xidmət müəssisəsinə yerləşdirilməsi təmin edilmişdir.

Bundan başqa, uşaqların doğma atası Zahid Hüseynovun (ad və soyad şərtidir) qeyd edilənlərdən məlumatlı olduğu, hadisələrin bir sıra hallarda onun gözü qarşısında baş verməsi, bununla da, Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrini həyata keçirmədiyi, uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına laqeyd yanaşması aşkar edildiyindən Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən valideynlik hüquqlarının məhdudlaşdırılması barədə məhkəmə qarşısında iddia qaldırılmışdır.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Ziya Məmmədovun oğlu xanımına təmtəraqlı ad günü keçirtdi - Video+Fotolar

“Əslində heç Azərbaycan da “Zəngəzur dəhlizi”nin açılmasında maraqlı deyil” - Əsətun Oruclu

Rüstəm Aloyan: "Azərbaycanlı qaçqınları Ermənistana qaytarmaq lazımdır"

Büdcədən maliyyələşdirilən sahələrdə çalışanların maaşı artırılıb

KOBİA sədrindən süni qiymət artımına qarşı reaksiya - Foto

“Haqqında danışdığım rüşvətxor nazirlərin hamısı barədə tədbirlər görülüb” - Hafiz Hacıyev

Rusiyada qəhrəmana çevrilmiş azərbaycanlı etdiyi hərəkətdən danışdı - Video

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olması ilə bağlı məlumat yayıb

Üç istiqamətdən hücum gözlənilir - Sərhəd yaxınlığında səhra hospitalları da qurulub

Azərbaycan Ordusunun həlak olan əsgəri dəfn olundu - Yenilənib, Video

Ən çox oxunanalar