Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azyaşlı Nərminin qətlində ittiham olunan İlkinin vəkilləri vəsatət qaldırıb

10 yaşlı Nərminin öldürülməsində ittiham olunan İlkinin vəkilləri tibbi ekspertiza tələb edir...

Tovuz rayonu Dondar Quşçu kəndinin 10 yaşlı sakini Nərmin Quliyevanın vəhşicəsinə qətlə yetirilməsində təqsirləndirilən İlkin Süleymanovun vəkilləri müvəkkilləri ilə bağlı məhkəmə tibbi ekspertizasının təyin olunması xahişi ilə Azərbaycan Baş Prokurorluğuna müraciət ediblər.

PİA.az bildirir ki, bu barədə Oxu.Az-a vəkillər özləri məlumat verib.

Bu günə qədər təqsirləndirilən şəxsin üç vəkili var: Gəncə bürosunu təmsil edən Zabil Qəhrəmanov, Vəkillər Kollegiyasının Bakı bürosundan Əlibaba Rzayev və Murtuzəli Abbasov.

Müdafiəçilərin sözlərinə görə, istintaq hələ də onlara İ.Süleymanovla görüşmək imkanı verməyib. Onunla yeganə qısa görüş yanvarın 24-də Sabunçu Rayon Məhkəməsində baş tutub, hansı ki oradaTovuz Rayon Məhkəməsinin məhbus barəsində verilmiş həbs-qətimkan tədbiri barədə qərarı ilə bağlı apellyasiya şikayətinə baxılıb.

Bu görüş zamanı İ.Süleymanov vəkillərə qızın qətlində günahkar olmadığını və bütün etirafları fiziki təzyiq və işgəncə altında etdiyini bildirib. Bundan başqa, o, vəkillərə həbs edildikdən sonra ona yetirilən xəsarətlərin izlərini göstərib. Bununla əlaqədar olaraq vəkillər məhkəmə ekspertizasının aparılması üçün vəsatət qaldırıblar.

Baş Prokurorluğun şübhəli şəxsə qarşı zorakılıq tətbiq edilməsi barədə məlumatı təkzib edən rəsmi ifadəsini vəkillər vaxtından əvvəl verilən ifadə olaraq adlandırıblar.

“Məhkəmə Baş Prokurorluğa da eyni məktub göndərdi və indi bundan sonrakı hərəkətlərimizi müəyyənləşdirəcək cavab gözləyirik. İndi dediklərimiz istintaqın gedişinə mane ola bilər”, - deyə vəkillər bildirib.

Əlibaba Rzayev İ.Süleymanovun ruhi vəziyyətinin normal olduğunu deyib.

Qeyd edək ki, İ.Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsinin 2-ci bəndi (qəsdən adam öldürmə) və 145-ci (qanunsuz həbs) maddəsi ilə ittiham olunur.

Nərmin Quliyeva 21 noyabrda, saat 15:00 radələrində qonşularında toy şənliyi keçirilən zaman qaçırılıb. Yanvarın 6-da o, yaşadığı evin yaxınlığında yanmış halda ölü tapılıb. Qızın cəsədinin tapılması barədə qonşulara və polisə ilk məlumatı İ.Süleymanov verib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar