Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AzTV üzərində Əli Həsənov kabusu: Rövşən Məmmədovun qeyri-peşəkarlıq örnəyi

Ötən il “Altun Saray”da KİVDF-nin 10-cu ildönümü və Novruz bayramı mərasimində tortu niyə cəmi 2 ay öncə AzTV-nin sədr əvəzi təyin olunmuş Rövşən Məmmədov kəsirdi? Onun KİVDF-yə nə aidiyyəti vardı???

…Ölkəmizdə rüşvətxor və korrupsioner dövlət məmurlarına qarşı aparılan mübarizə, xalqa xidmət əvəzinə ona zülm etmək yolunu tutmuş vəzifəli şəxslər barəsində görülən tədbirlər Prezident İlham Əliyev tərəfindən elan olunan islahatlar prosesinin dayandırılmadığının göstəricisidir. Bunu ölkə başçısının köməkçisi Anar Ələkbərovun zərər çəkmiş şəxslərlə birbaşa telefon əlaqəsi saxlaması, haqqında cinayət işlərinin qaldırıldığı icra başçılarının qeyri-qanuni hərəkətlərini xırdalığına qədər araşdırması da sübut edir.

Lakin vaxtilə ideoloji işlərin başında dayanan və ədalətli şəkildə vəzifələrindən kənarlaşdırılanların himayədarlıq etdikləri şəxslərin hələ də öz postlarında saxlanılmaları və dövlət başçısının tapşırıqlarına məhəl qoymadan meydan sulamaları narahatlıq doğuran məqamlardan biridir. Onların yolverilməz hərəkətləri açıq-aşkar bu prosesin gözdən salınması və insanların hakimiyyətdən narazılığının artması məqsədi güdür. Bu, “bəlkə də qaytardılar…” arzusu ilə yaşayan, daha doğrusu I vitse-prezident Mehriban Əliyevanın komandadakı fəaliyyətini gözü götürməyənlərin maraqlarına birbaşa xidmət etməkdir.

Bu günlərdə AzTV-nin bir qrup sürücüsünün Azərbaycan Prezidentinə müraciətində göstərilənlər buna sübutdur. Onlar müraciətlərində belə də yazıblar: “…verdiyiniz göstərişlərə və ayrı-ayrı qurumlara etdiyiniz çağırışlara əsasən, pandemiyaya görə tətbiq olunan karantin dövründə heç bir işdən çıxarılma halı olmamalı, insanlar işlərini itirməməli və imkansız ailələrə yardım göstərilməlidir. Ancaq “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov Sizin bu cür hümanist tapşırıq və tövsiyələrinizə məhəl qoymadan, 9 nəfər sürücü vəzifəsində çalışan işçiləri hədə və şərləmə üsulu ilə aprelin 22-dən etibarən azad edib”.

AzTV-də hədə və şərləmə üsulu? Əslində ölkə başçısının keçmiş köməkçisinin bu üsuldan tez-tez istifadə etdiyi media əhlinə və dövlət məmurlarına çox yaxşı məlum idi. O zaman şox məhdud çevrəyə, indi isə az qala hər kəsə bəllidir ki, bu üslubla keçmiş köməkçi əslində Prezidentin nüfuzuna böyük zərbə vurmağa, hakimiyyətin gözdən salınmasına cəhd edirmiş. Təsadüfi deyil ki, başabəla köməkçinin “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyevə şər atması və bu peşəkar jurnalisti qısa müddətə olsa belə həbs etdirməyə nail olması az qala dövlətimizə qarşı sanksiyaların tətbiq olunması ilə nəticələnəcəkdi.
Çox təəssüflər olsun ki, Rövşən Məmmədovun hədə və şərləmə üsulları ilə üzləşən təkcə sürücülər deyil. Bu yolverilməz və xoşagəlməz üslubun ilk qurbanlarından biri ölkəmizin tanınmış diktoru, əməkdar artist Gülşən xanım Əkbər olub.

O, 50 il Azərbaycan mətbuatına şərəflə, vicdanla xidmət etmiş yazıçı-jurnalist Məmməd Əkbərin qızıdır. 1975-ci idən Azərbaycan televiziyasının xəbərlər proqramında diktor kimi işə götürülən, sonralar redaktor, jurnalist, baş redaktor, proqram direktorunun müavini, yüzlərlə verilişin müəllifi olan Gülşən Əkbərə “təqaüd yaşından sonra təyin olunduğunuz vəzifələrdə göstərilən etimadı doğrultmamaq”, “peşəkar mütəxəssisə xas olan keyfiyyətlər nümayiş etdirmək əvəzinə lüzumsuz davranış və işə aid olmayan söz-söhbətlərlə kollektivdə böyük narazılıq yaratmaq” kimi böhtan atılır. Halbuki, G.Əkbərin iş qabiliyyəti, peşəkarlığı, zəhmətsevərliyi, mədəniyyəti və davranışı hazırda R.Məmmədovun vəzifələrə təyin etdirdiyi bir çox təqaüd yaşlı yaradıcı insanlardan qat-qat üstündür. Sadəcə, həmin şəxslər Sona Vəliyevanın yaxın rəfiqələri olduqlarından R.Məmmədov onları gözləri üstündə saxlayır.

Əli Həsənov vəzifədən çıxarılana qədər onun “Fatı, dur, Fatı, otur” əmrləri ilə hərəkət edən R.Məmmədov prezident köməkçisinin sevimlisinə çevrilmişdi. 2019-cu il martın 18-də “Altun Saray” istirahət mərkəzində KIV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə keçirilən təntənəli mərasimdə tortu 3 nəfər – o zamankı köməkçi Əli Həsənov, o zaman KİV-lərə Dəstək Fondunun sədri Vüqar Səfərli və cəmi 2 ay öncə AzTV-nin sədr əvəzi təyin olunan Rövşən Məmmədov kəsdilər. Onların ikisi artıq vəzifələrindən kənarlaşdırılıblar. Yalnız keçmişlərin əlaltısı Rövşən Məmmədov hələ də AzTV sədrinin kürsüsünü tutmaqdadır.
Tutduğu vəzifədə etimadı doğrultmağa gəlincə isə, AzTV-nin fəaliyyətinə kiçik nəzər salmaq, bir neçə faktı göstərmək kifayətdir ki, başqalarına yaxdığı ittihamı R.Məmmədovun özünə yönəldəsən.
2020-ci il fevralın 15-də hər bir azərbaycanlının çoxdan gözlədiyi və ürəyindən tikan çıxaran bir hadisə baş verdi. Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Münhen şəhərində Ermənistanın baş naziri Nikol Paşinyana əsl dərs verdi və onun üzünə Dağlıq Qarabağın Azərbaycanın əzəli ərazisi və ayrılmaz hissəsi olduğunu söylədi, yerində oturtdu. Sosial şəbəkələrdə bu xəbər sürətlə yayıldı və hər kəs Prezidentimizə təşəkkürünü bildirdi. AzTV-nin “Xəbərlər”i neylədi?! Gecənin bir aləmi AzTV həmin debatı tərcümə olunmadan göstərdi. Bununla da dövlət televiziyası olan AzTV fors-major hadisələrə hazır olmadığını nümayiş etdirdi. Kimsə deyə bilər ki, yəqin yuxaridan “olduğu kimi göstərin” əmri gəlib. Yaxşı, bəs peşəsi guya jurnalist olan AzTV sədrinin peşəkarlığı harada qaldı? Bəs AzTV-nin qosqoca beynəlxalq şöbəsi, oradakı ingilis dilindən tərcüməçilər nə üçündür? Bəlkə R.Məmmədov elə hesab edir ki, Azərbaycan xalqı ingilis dilini doğma dili kimi bilməlidir. Amma ondan fərqli olaraq İTV və Real TV rəhbərləri belə hesab etmədilər. Onlar həmin debatı sinxron tərcümə ilə tamaşaçılara təqdim etdilər, bununla da hər iki telekanalın rəhbəri Rövşən Məmmədova əməlli-başlı, lap “Paşinyan dərsi” verdilər.

Və qüsur bununla bitmədi. Azərbaycan Prezidentinin debatı gedərkən ekranda “Münhen” sözü “Münxen” kimi yazılmışdı. Və sonadək bu hərf səhvi düzəldilmədi.

Bu cür ciddi və “xırda” səhvlər, qüsurlar isə QSC-nin nəzdindəki AzTV, “Mədəniyyət” və “İdman” kanalları üçün həyat normasına çevrilib. Bu yaxınlarda “Mədəniyyət” kanalında 3-cü siniflər üçün “Rus dili” dərsi gedirdi. Efirdə titr yenə də səhv yazılmışdı: “3-ый класс/Русский язык”. Deyə bilərsiniz ki, qaça-qaçda gözdən qaçıb, iş olan yerdə səhv də ola bilər. Amma bunu efirə baxan tamaşaçı görürsə, sədr niyə görmür? Ya da “AzTV-də böyük dəyişikliklər olub” deyə bar-bar bağıranlar gözlə görülən həmin səhvləri niyə görüb düzəltmirlər? Sədrin qrammatika ilə qəribə “dostluğu” var… Əgər belə davam edərsə, KİV-lərdə və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə qüvvəyə minəcək inzibati cərimələr ilk növbədə R.Məmmədovun rəhbərlik etdiyi AzTV-yə, “Mədəniyyət” və “İdman” TV-lərinə şamil olunacaq.

Ola bilsin ki, bu, həm də sədrin öz kabinetində televiziyaya dəxli olmayan kitablar yazması ilə əlaqədardır. Məsələn, kimin ağlına gələr ki, veriliş və proqramlar getdiyi zaman QSC sədri öz kabinetində “Azərbaycan diasporu” adlı kitab yazır və onun təqdimat mərasimini Ukrayna Azərbaycanlıları Radasının Kiyevdəki mərkəzi qərargahında keçirtdirir. Və efirinə çıxartdırdığı Hikmət Cavadov bu kitabı milli diasporumuzun fəaliyyətində ilk nəzəri əsər kimi qələmə verir və onun Ukraynada bütün Azərbaycan mərkəzlərinə, gənclər təşkilatlarının fəallarına çatdırıldığını söyləyir. Hətta “Azərbaycan diasporu” əsərinin digər dillərə tərcümə edilməsi, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları arasında yayılması təklif edilir.

Siz heç Ukrayanın dövlət telekanalının sədrinin diaspor haqqında kitab yazdığını və Azərbaycandakı Ukrayna diasporu vasitəsilə təqdimat mərasimi keçirildiyini görmüsünüzmü?! Görə bilməzsiniz…

Bu dahiyanə addım yalnız R.Məmmədovun ağlına gələ bilərdi. Keçmiş patronu da belə təqdimatları sevərdi. O, ya özünün, ya da Sona Vəliyevanın kitablarını müxtəlif ölkələrdə özgə hesabına tərcümə və nəşr etdirib təqdimatını keçirərdi. Nədənsə, indi həmin ölkələrdə, özü demişkən, “böyük dövlət adamı”nın özünə və az qala özünü birinci xanım kimi aparmağa cəhd edən S.Vəliyevanın kitablarının dərcinə ehtiyac görünmür…

R.Məmmədovun ölkə başçısının keçmiş köməkçisindən, böyük ümid və iddialarının qəlpəsindən əxz etdiyi daha bir şakəri var. Bu komanda dezinformasiyalarla, hətta ölkə başçısını aldatmaq istəyirdi. QSC sədri Rövşən Məmmədov da xalqı aldatmaq istəyir. Məsələn, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində 2019-cu ilin yekunlarına həsr olunmuş toplantıda R.Məmmədov hesabatla çıxış edir və bildirir ki, “il ərzində QSC-də, həmçinin 32 yeni film hazırlanıb ki, onlardan 11-i siyasi, 25-i Telefilmin məhsulu olan bədii filmdir”.
Nə deyəsən, əgər AzTV il ərzində 25 bədii film istehsal edirsə, deməli Hollivud etimadı doğrultmur… (Davamı var) //pravdainfo.org//

pia.az 


Etiket: Əli Həsənov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar