Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AzTV: Etibar Babayev vəfat edib, daha 5 əməkdaşımız müalicə alır

"“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) daha bir əməkdaşı, Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev gecə saatlarında koronavirusdan vəfat edib"...

Bu barədə AzTV-dən məlumat verilib: "E.Babayev 1967-ci ildə Bakıda anadan olub. AzTV-də 30 ilə yaxın müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ildə AzTV-nin Bədii rəhbəri olub. 2019-cu ilin fevral ayından isə Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru vəzifəsinə təyin olunub.

E.Babayev bir neçə bədii və sənədli filmin ideya müəllifi və layihə rəhbəri olub. Həmin filmlərə son bir ildə çəkilmiş və tamaşaçılar tərəfindən böyük rəğbət görmuş “Ana və poçtalyon”, “Xocalı yol gözləyir” və digərlərini misal göstərmək olar.

QSC-nin kollektivi həyatını itirən əməkdaşına Allahdan rəhmət diləyir və ailəsinə dərin hüznlə baş sağlığı verir".

Məlumatda qeyd olunur ki, hazırda şirkətin 5 əməkdaşı xəstəxanada koronavirusdan müalicə alır, bir nəfər isə evə buraxılıb: "Onların səhhətində hər hansı ağırlaşma yoxdur".

Xəstəliyin əməkdaşlar arasında geniş yayılmaması üçün şirkət daxilində gücləndirilmiş dezinfeksiya tədbirləri davam etdirilir, hərarəti yüksək olan əməkdaşlar QSC daxilinə buraxılmır. Ümumi sayı 3000-ə yaxın olan kollektivin hazırda yalnız 1000 nəfəri iş başındadır. Qalan əməkdaşlar isə əməkdaşlığı distant şəkildə, evdə qalaraq davam etdirir.

Qeyd edək ki, QSC-nin rejissoru Samir Nemətzadə də bir neçə gün əvvəl koronavirusdan vəfat edib.

***

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Kinoproqramlar və dubliyaj baş redaksiyasının baş redaktoru Etibar Babayev koronavirusdan ölüb.

Bu barədə Hacı Nuran Hüseynov özünün facebook səhifəsində məlumat paylaşıb. Paylaşımda deyilir: Lakin təəssüf ki, hava-damcı yolu ilə yayılan bu virus tanınmış jurnalist Etibar Babayevə də yoluxdu… Bu dəqiqə aldığım məlumat çox acınacaqlıdır - Etibar Babayev dünyasını dəyişib... Deməyə sözüm qalmayib, Allah rəhmət eləsin”.(apa)

pia.az

 

 


Etiket: AZTV


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar