Çərşənbə axşamı, 26 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

AzTV-də yanacaq oğurluğu edən doqquz sürücü işdən çıxarıldı

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) qurumun bir neçə əməkdaşının oğurluq etdiyi üçün işdən çıxarılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, doqquz sürücü QSC-dən yanacaq oğurluğu edib və buna görə də işdən azad olunublar:

“Həmin sürücülərin törətdiyi əməllər konkret faktlarla - avtomobillərə quraşdırılan avadanlıqlarla sübuta yetirilib. Hazırda QSC həmin şəxslərdən səkkizi barəsində Səbail Rayon Polis İdarəsinə və digəri barəsində isə Laçın Rayon Məhkəməsinə müraciət göndərib”.

“Bu gün dövlətdə aparılan kütləvi təmizləmə və korrupsiyaya qarşı mübarizə fonunda həmin adamları işdə saxlamağın özü belə qanunu pozmaq deməkdir. Karantin dövründə kimisə işdən azad etməmək barədə dövlətin müraciəti və konkret göstərişlər var. Amma bu, o demək deyil ki, kimsə çalışdığı iş yerində oğurluq edə, şirkətə maddi ziyan vura bilər.

Müraciətdə adıçəkilən sürücülərdən biri (Məmmədov Anar Vaqif oğlu) təxminən bir il əvvəl də xidməti maşından yanacaq çəkdiyi zaman əməkdaşlar tərəfindən saxlanılıb. Amma ailə vəziyyəti nəzərə alınaraq, o, işdən azad edilməyib. Həmin əməkdaşa töhmət verilib və yenidən işə qaytarılıb. Lakin o, digər 8 nəfərlə birlikdə yenidən bu əmələ əl atıb. Onu da əlavə edək ki, bu hadisə sürücülərin məvacibinin 50 faiz artırılmasından sonra baş verib. Hazırda iş üzrə araşdırma aparılır. Nəticələr barədə QSC ictimaiyyətə açıqlama verəcək”, - deyə AzTV-dən bildirilib.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İlham Əliyev barədə institut yoldaşlarının və tələbələrinin xatirələri - Foto

Separatçı Araik niyə Ağdərəyə gəlib? - Səbəb

Azərbaycanlılar Xankəndinə buna görə köçürülmür 

Xırdalanda dağıntılar altında bir uşaq qalıb - Foto,Video, Yenilənib4

Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu - Siyahı

Prezidentin vəzifəsindən azad etdiyi nazir atası kimdir?

Nazir Rövşən Əkbərovun bacısı oğlunu rəis təyin etdi

Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib

Ən çox oxunanalar