Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AzTV-də dövlət qurumları tənqid olundu: “Özlərini firon hesab edən…” - Video

Azərbaycan Televiziyasının aparıcı Rüfət Həmzəyevin təqdimatında efirə gedən “Əsas məsələ” tok-şousunda dövlət qurumlarının mətbuat xidmətlərinin işi müzakirə olunub...

Verilişdə qonaq olan bloqer, jurnalist Tural ismayılov bəzi mətbuat katiblərini tənqid edib. O, hər bir məmurun ölkə başçısından örnək götürməli olduğunu deyib:

“Ölkəmizdə əsas örnək alınacaq vicdanlı məmur obrazı cənab Prezidentdir: rayonlara səfərlərdə xalqın içində olması, bu günlərdə keçirilən ağacəkmə aksiyasında gənclərlə səmimi münasibəti, söhbətləri… Bu, hansısa bələdiyyəyə sədr seçiləndən sonra 50 metr məsafəyə adam buraxmayanlara, icra hakimiyyətlərində özlərini kiçik firon hesab edən bəzi şöbə müdirlərinə dərs olmalıdır. Amma olurmu?

Bu gün Azərbaycanda idarəetmədə bir sıra yeniliklər həyata keçirilir. Qurumlar birləşdirilir, bəziləri ləğv edilir, yeniləri yaradılır.

Bəzi qurumların mətbuat xidmətlərinin rəhbərləri, birbaşa jurnalistlərlə işləməli olan, ictimaiyyətə təsir etməli olan adamlar işlərini görürmü? Sosial mediada dayanmadan Azərbaycan əleyhinə, ölkədə görülən hər müsbət işə qarşı xaos və çirkab yayırlar. Bu məlumatların qarşısını almalı olan adamlar fəaldırmı, aktivdirmi? Xeyr, deyillər. Elələri var ki, ümumiyyətlə jurnalistlərin telefonlarına cavab vermirlər”.

Hüquq müdafiəçisi Sahib Məmmədov müzakirələrə qoşularaq maraqlı nüansa diqqət çəkib:

“Bir dövlət idarəsinin rəhbəri mətbuat üçün, cəmiyyət üçün açıqdırsa, onun mətbuat xidməti də açıqdır. Məsələn, Bakı Nəqliyyat Agentliyi. Gecə saat 2-də də nəsə yazsan, dərhal reaksiya verirlər”.

Tural İsmayılov isə daha bir nümunə göstərib:

“Bu dediklərinizə “ASAN xidmət”i də nümunə kimi göstərmək olar. Amma elə qurumlar var ki, Azərbaycanın əleyhinə yayılan saxta informasiyaların qarşısına doğru informasiyaları çıxara bilmirlər. Hansısa xarici ölkədə baş vermiş hadisəni Azərbaycanda baş vermiş kimi təqdim edirlər. Bəs hanı məsul qurumların mətbuat xidmətlərinin rəhbərləri?”.(“Yeni Sabah”)

pia.az


Etiket: AzTV


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar