Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aztəminatlı ailələrə sosial dəstəklə bağlı rəsmi açıqlama

“Sosial dəstək tədbirləri çərçivəsində 65 yaşdan yuxarı tənha və əlilliyi olan şəxslərdən ibarət 15 mindən çox vətəndaşa evlərində sosial xidmət göstərilib, 100-dək şəxsin sosial xidmət müəssisələrində stasionar şəraitdə sosial xidmətlə təmin edilib”.

PİA.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında deyib.

Sahil Babayev sosial tərəfdaşların dəstəyi ilə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqları olan ailələr, çoxuşaqlı ailələr, aztəminatlı olan 100 min ailəyə iki dəfə 200 min ərzaq payı verildiyini deyib.

Nazir xüsusi karantin dövründə əlillik və işsizlikdən sığorta ödənişinin müddəti bitənlərə müvafiq ödənişlərin, peşə hazırlığında fasilə yarananlara təqaüdlərin verilməsinin davam etdirildiyini deyib.

Bu dəstək tədbirinin 16 min şəxsi əhatə etdiyini, xüsusi karantin rejimi müddətində əlilliyi olan şəxslərə ehtiyac duyduqları minlərlə reabilitasiya vasitəsinin evlərinə aparılaraq verildiyini qeyd edib.

Prezident İlham Əliyevin tapşırığı ilə şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminat proqramının genişləndirildiyini deyən S.Babayev bildirib ki, yalnız son iki ili götürdükdə, 2018-ci illə müqayisədə üç dəfəyə yaxın, 2019-cu ilə nisbətən 60 faizdən çox olmaqla, bu il rekord həddə, yəni azı 1500 mənzil və fərdi ev veriləcək. Artıq onlardan 554 mənzil, o cümlədən, təkcə son 20 gündə 250 mənzil təqdim edilib.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar