Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azhərəkətlilik: əlamətləri, nəticələri, profilaktikası

Yaşından asılı olmayaraq bütün insanlar aktiv hərəkət tərzi keçirməlidirər. Hərəkətli olmaq əzələlərin fəaliyyərini aktivləşdirir, qanın sirkulyasiyasını normallaşdırır, ağciyərlərin işini asanlaşdırır. Daima fiziki işlə məşğul olan adamlar güclü hafizəyə, yaxşı yaddaşa sahib olurlar, onların immun sistmi sağlam olur.

Azhərəkətlilik dünyanın inkişaf etmiş ölkələrində bir problemə çevrilib. Bu adda xəstəlik yoxdur, amma bütün həkimlər dünyada baş verən əksər xəstəliklərin meydana gəlməsində azhərəkətliliyi səbəb göstərirlər.

Müasir dünyada texnologiyaların inkişafı, oturaq həyat tərzi, şəxsi avtomobildən istifadə insanların rahat həyat tərzinə meyilin artmasına səbəb olub. Bütün bunlar fiziki aktivliyin azalmasına - azhərəkətliliyə gətirib çlxarır. Azhərəkətliliyin əlamətləri aşağıdakılardır:

* süstlük, yuxululuq
* pis əhval-ruhiyyə
* yorğunluq
* iştahanın azalması
* yuxunun pozulması
* əmək qabiliyyətinin azalması.

Yuxarıda sadalanan simptomlar istənilən adamda özünü göstərə bilər. Bu əlamətlər meydana çıxan kimi fiziki iş görmək və ya müxtəlif idman hərəkətləri ilə məşğul olmaq lazımdır. Fiziki fəallıq bədəndə əzələləri möhkəmləndirir, maddələr mübadiləsini yaxşılaşdırır, zülalların sintezini normaya salır.
Azhərəkətlilik beynin fəaliyyətini süstləşdirərsə, baş ağrıları, emosiyaların aşağı düşməsi müşayiət olunur ki, bu zaman iştaha artır, qidadan doyma hissi olmur. Nəticədə insan çoxlu qida qəbul edir, maddələr mübadiləsi pozulur və piylənmə, atereskleroz baş verir.

Uşaqlarda azhərəkətliliyə yol vermək olmaz. Uzun müddət parta, kompyuter arxasında oturmaq, televizora saatlarla baxmaq uşaqlarda azhərəkətliliyə səbəb olur. Bu da uşaqların gələcək sağlamlıqları üçün təhlükəlidir.
Unutmayın fiziki aktivlik nə qədər çox olarsa bədən bir o qədər sağlam olar.(milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar