Çərşənbə, 21 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Azərsu”yun yığılmış zərəri 7 milyard manata çatıb

“Azərsu” ASC 2019-cu ili 592,488 milyon manat xalis zərərlə başa vurub.

PİA.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 23,4% çoxdur.

Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 9,3% artaraq 6 977,191 milyon manata çatıb.

Ötən il “Azərsu”yun içməli su və kanalizasiya xidmətinin satışından gəlirləri 193,036 milyon manat (əvvəlki ilə nisbətən 9,3% çox), satışlarının maya dəyəri 108,372 milyon manat (16,6% çox), inzibati xərcləri 31,352 milyon manat (36,4% az), satış və paylanma xərcləri 103,115 milyon manat (35,5% çox), digər əməliyyat xərcləri 538,689 milyon manat (9,3% çox), məzənnə fərqindən zərəri 13,325 milyon manat (əvvəlki il gəlir olub), digər gəlirləri 12,072 milyon manat (54,1% az), maliyyə xərcləri 2,713 milyon manat (20,6% çox), icarə öhdəlikləri üzrə faiz xərcləri 54 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 24 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərsu”yun aktivləri 911,937 milyon manat olub ki, bu da illik müqayisədə 0,7% azdır. 2019-cu ildə səhmdar cəmiyyətinin öhdəlikləri 16,2% azalaraq 586,368 milyon manata düşüb, balans kapitalı isə 48,8% artaraq 325,569 milyon manata çatıb.

Xatırladaq ki, “Azərsu” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur və ölkədə su təchizatı, içməli suyun təchizatı və kanalizasiya xidmətlərinin həyata keçirilməsi sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən təbii inhisarçıdır. Qurumun əsas funksiyalarına suyun mənbələrdən çıxarılması, ölkə ərazisində istehlakçıların istifadəsi, paylanması və satışı təmizlənməsi və suyun xüsusiyyətlərinin sabitləşdirilməsi daxildir.

 pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Artsrun Ovannisyandan məğlubiyyət anonsu: "Dünya ölkələri, Rusiya bizə yardım etməlidir, uduzduq"

Hərbi formada çəkdirdiyi şəkil başına bəla oldu - Fotolar

Paşinyanın döyüşlər başlayandan atəşkəs üçün zəng edib yalvardığı ölkələr

Erməni terrorizmini dəstəkləyən rus qadın Bakıda biznesini necə itirdi?

"Ermənilər unutmasınlar ki, ən güclü hərbi birləşməmiz İrəvanın 40 kilometrliyindədir..."

Paşinyanın qızı: “Xəyallarımız puç oldu…”

Azərbaycan dünya hərb tarixində yeni səhifə açdı - Belə savaş olmayıb

Azərbaycanda internet məhdudiyyəti ləğv olunub? - Rəsmi açıqlama

Tural Müseyibov vəzifəsindən azad edildi - Səbəb

loading...

Ən çox oxunanalar