Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərsun Holdinq” Sumqayıt şəhərinin 70 illiyində iştirak etdi - Fotolar

Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 14 fevral 2019-cu il tarixli Sərəncamına əsasən şəhərinin yubileyi təntənəli şəkildə qeyd edilib...

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, millət vəkilləri, Sumqayıtla qardaşlaşmış şəhərlərin nümayəndələri, ictimai xadimlərin iştirak etdiyi tədbirə “Azərsun Holdinq”in İdarə Heyətinin üzvü Savaş Uzan, Bakı Qida və Yağ Fabriki, Azərbaycan Kağız və Karton İstehsalı, “Bazarstore”, “Al market” və “Azərsun Holdinq”in Sumqayıt satış nümayəndəliyi təmsil olunub.
Sumqayıt şəhəri İcra Hakimiyyətinin qarşısında təşkil edilmiş paradda Şirkətlər Qrupunun yüzlərlə əməkdaşı iştirak edərək səmaya sülhün rəmzi olan 70 ağ göyərçin buraxıblar.

Daha sonra təşkil edilən konsertdə “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozalın təşəbbüsü ilə hazırlanmış və Sumqayıtın 70 illiyinə həsr edilmiş mahnı səsləndirilib. “Möcüzə” və “Zeytun bağları” markalarının sifarişi ilə bəstələnən və Cəbrayıl Rəsulovun ifa etdiyi mahnı qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Sumqayıtda fəaliyyət göstərən “Azərsun Sənaye Parkı” 2014-cü ildə ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə istismara verilib. Yüzlərlə sumqayıtlının işlə təmin edildiyi Bakı Qida və Yağ Fabriki ilə Azərbaycan Kağız və Karton İstehsalı Kombinatı “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq insanların sosial-rifah halının yüksəldilməsində mühüm rol oynayır.

Qeyd edək ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Azərsun Holdinq” müəssisələrinin fəaliyyət göstərdiyi bütün bölgələrin sosial həyatında yaxından iştirak edir və təşkil edilən layihələrə öz dəstəyini göstərir.

pia.az

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar