Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərsu” ASC-nin strukturu dəyişib, regional sukanal idarələri yaradılıb

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı qərar verildi

Nazirlər Kabineti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin strukturu ilə bağlı bəzi məsələlər barədə” qərar verib.

APA-nın məlumatına görə, qərara əsasən, “Azərsu” ASC-nin tabeliyində, “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xaçmaz, Quba, Qusar, Şabran, SiyəzənXızı sukanal idarələrinin bazasında 1 №-li, Şamaxı, Ağsu, Ucar, Zərdab, KürdəmirQobustan sukanal idarələrinin bazasında 2 №-li, Cəlilabad, Masallı, Yardımlı, Lerik, LənkəranAstara sukanal idarələrinin bazasında 3 №-li, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Neftçala, Hacıqabul, SalyanCəbrayıl sukanal idarələrinin bazasında 4 №-li, Bərdə, Ağdam, Tərtər, Ağcabədi, Laçın, Beyləqan, Füzuli və Xocavənd sukanal idarələrinin bazasında 5 №-li, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələİsmayıllı sukanal idarələrinin bazasında 6 №-li, Yevlax, Göygöl, Samux, Naftalan, Goranboy, Kəlbəcər, XocalıDaşkəsən sukanal idarələrinin bazasında 7 №-li və Şəmkir, Gədəbəy, Tovuz, AğstafaQazax sukanal idarələrinin bazasında 8 №-li regional sukanal idarələri yaradılıb.

“Azərsu” ASC-nin İstehsalat-Texniki Komplektləşdirmə İdarəsinin adı dəyişdirilərək “Anbar Təsərrüfatı İdarəsi” adlandırılıb. Eyni zamanda “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC onun tərkibində hüquqi şəxslər kimi fəaliyyət göstərən “Göyçay Sukanal” TSC və “Ağdaş Sukanal” TSC-nin ona qoşulmaları şəklində yenidən təşkil ediləcək. “Azərsu” ASC-nin “Birləşmiş Sukanal MMC hüquq varisliyi qaydasında ona qoşulan “Göyçay Sukanal” TSC-nin və “Ağdaş Sukanal” TSC-nin bütün hüquq və öhdəliklərini öz üzərinə götürəcək. “Göyçay Sukanal” TSC-nin və “Ağdaş Sukanal” TSC-nin “Birləşmiş Sukanal” MMCyə qoşulmaları ilə bağlı təhvil aktlarının təsdiq edilməsi səlahiyyəti “Azərsu” ASC-nin sədrinə verilib.

“Birləşmiş Sukanal” MMC-nin nizamnamə kapitalı “Göyçay Sukanal” TSCnin və “Ağdaş Sukanal” TSC-nin nizamnamə kapitalları miqdarında artırılacaq.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar