Çərşənbə, 25 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərpaşa Nemətov qohumlarının təyyarə ilə gediş haqqını teatrın hesabına ödəyibmiş

Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətovla bağlı arxiv sənədlər əldə edilib...

PİA.az Ölkə.az-a istinadən xəbər verir ki, sənəddə Nemətovun qanunsuz olaraq öz qohumlarının təyyarə ilə gediş haqqını Teatr cəmiyyətinin hesabına ödədiyi qeyd edilir.

Səbail rayon Prokurorluğunun 28 yanvar 1994-cü il tarixində Teatr Xadimləri İttifaqının prezidenti Həsənağa Turabova göndərdiyi təqdimatı olduğu kimi təqdim edirik. Səbail rayonu üzrə Dövlət vergi müfəttişliyi Teatr Xadimləri İttifaqında və tabeçiliyində olan “Teafond” istehsalat birliyində qiymət intizamını və vergi qanunvericiliyinə əməl olunmasını yoxlamışdır. Yoxlama nəticəsində teatr cəmiyyəti 247.600 rubl, rəhbər işçiləri 120.000 rubl, “Teafond” isə 119.700 rubl cərimə edilmişlər.

Qeyd olunan aktlarla tanış olduqda müəyyən edildi ki, aşkar edilmiş çatışmazlıqlar və qanun pozuntuları bilavasitə Teatr cəmiyyətinin rəhbər işçisi M.Xəlilovun öz vəzifəsinə məsuliyyətsiz münasibətinin nəticəsidir, ki, bunun nəticəsində cəmiyyət uzun müddət rayon vergi müfəttişliyində qeydiyyatdan keçməmiş və buna görə də dövlətin büdcəsinə cəmiyyətdən vergi tutulmamışdır. Buna görə də cəmiyyət cəriməyə məruz qalmışdır. Bundan başqa, cəmiyyətin müdiri Nemətov qanunsuz olaraq teatr cəmiyyəti ittifaqında işləməyən bir sıra qohumlarını - Arif, Sevil, Nərminə Nemətovaların təyyarə ilə gediş haqqını cəmiyyətin hesabına ödəmişdir.

Qeyd edilən qanun pozuntularının cəmiyyətin müdiriyyətinin məsuliyyətsizliyi, vəzifələrindən istifadə halı kimi qiymətləndirilməli və gələcəkdə bu kimi hallara yol verilməməsi üçün prokurorluq haqqında qanunun 26-cı maddəsini rəhbər tutub xahiş edirəm.

1. Təqdimatın kollektivin iclasında müzakirə edib qanun pozuntularının aradan qaldırılması üçün tədbirlər görəsiniz.

2. Pozuntulara yol verən şəxslər barədə tədbirlər görəsiniz.

3. Təqdimatın müzakirə nəticəsi və görülmüş tədbirlər barədə rayon prokurorluğuna bir ay müddətində məlumat verəsiniz. Səbail rayonu prouroru, III dərəcəli dövlət ədliyyə müşaviri H.M.Hüseynov.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ramiz Mehdiyevin vəzifədən azad etdiyi Sevil Zülfüqarova: “AMEA-da cinayətləri aşkarladım, işdən qovdular”

Sabahdan Sotk-Kəlbəcər yolu bağlanacaq - Ermənistan KİV

Erməni komandir: “Yenə müharibə olacaq” – Video

Sonuncu erməni Kəlbəcəri belə tərk etdi - Video

Əsabil Qasımov ermənilərə “Karmen” unu göndərir? – Foto

Arayik Harutyunyanın gizli səfəri yarımçıq qaldı: “DQR” “lideri” Moskvadan da qovuldu

Anna Akopyanı güllələnmiş birinci xanımla müqayisə etdilər – Paşinyana gizli mesaj

Azərbaycan ordusu Laçına daxil olur - Döyüşlərdən şok video

loading...

Ən çox oxunanalar