Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərişıq” və “Azəriqaz”ın qazilərə münasibəti - Prezidentin qaziyə tikdirdiyi ev işıqsız, qazsız qalıb...

Qazi Elşad Əliyev üçün prezident tərəfindən tikilən ev işıqsız və qazsız qalıb. Səbəb isə “Azərişıq” və “Azəriqaz”ın qazidən qanunsuz olaraq əlavə ödəniş tələb etməsidir...

Preident İlham Əliyevin müharibə qazilərinə göstərdiyi qayğı və diqqət davam edir. Lakin bəzi dövlət qurumlarında çalışan məmurlar prezidentin bu qayğısını yerə vurmaqla məşğul olmaqdadırlar. Qarabağ müharibəsi qazisinin də şikayəti məhz bununla bağlıdır.

PİA.az xəbər verir ki, sosial şəbəkədə qazi Əliyev Elşad Vaqif oğlunun müraciəti yayılıb. Aşağıda sizə təqdim edəcəyimiz videoçarxda bildirilir ki, prezidentin tapşırığı ilə qaziyə tikilən ev işıqsız və qazsız qalıb. Bunun səsbi isə “Azərişıq” və “Azəriqaz”ın işçiləri qazidən buna görə qanunsuz ödəniş tələb etməsidr. Belə ki, ev təhvil verilərkən sənədlərdə evin elektrik enerjisi və qazla təmin olunduğu göstərilsə də, əslində hər iki qurum üzərlərinə düşən vəzifəni yerinə yetirməyiblər. Elşad Əliyev ona təhvil verilən evin elektrik enerjisi və qazla təmin olunması üçün bu qurumlara müraciət etdikdə isə ona hər iki qurumdan bunun üçün ödəniş tələb ediblər. Qazinin isə bu ödənişi etmək üçün maddi imkanı yoxdur.

Xatırladaq ki, dövlət başçısı İlham Əliyev illərdir şəhid ailələrinin və müharibə iştirakçılarının sosial vəziyyətinin, o cümlədən mənzil şəraitinin yaxşılaşdırılmasından ötrü müxtəlif proqramlar həyata keçirməkdədir. Lakin bəzi məmurlar da var ki, prezidentin bu müqəddəs vəzifəsinə və göstərdiyi qayğıya çirkinlik qatmaqdan belə, çəkinmirlər. Hətta 44 günlük Vətən müharibəsində olanlar da həmin məmurlara təsir etməyib. Gördüyünüz kadrlar yazdıqlarımızın sübutudur.

PİA.az həmin videoçarxı təqdim edir:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar