Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərışıq” gücləndirilmiş iş rejiminə keçdi

"Hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib"...

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, yerlərə əlavə texnika cəlb edilib:

“Bu gün səhərdən müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” gücləndirilmiş iş rejiminə keçib. Belə ki, regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə mal-material, maşın-mexanizmlər cəlb edilib. Bu isə elektrik enerjisinin baş verə biləcək kəsintisi və qəzaların qarşısını ən qısa müddətdə almağa imkan verir”.

Azərişıq” rəsmisi bəzi regionlarda elektrik enerjisinin təchizatında qısamüddətli kəsintinin olduğunu qeyd edib:

“Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə düşən Nabran qəsəbəsində 10 kVt-luq ”Muxtadır” hava xətti, “Şirvan” RETSİ-nin ərazisində olan Neftçala şəhərini qıdalandıran hava xətti, “Qərb” RETSİ-nin ərazisindəki Tovuz, ŞəmkirAğstafa rayonlarının ərazilərindəki elektrik ötürücü xəttlərinə verilən elektrik enerjisi təchizatı küləkli hava şəraitində təhlükəsizlik səbəbindən müvəqqəti dayandırılıb və qısa müddətdə bərpa edilib”.

T.Mustafayev istehlakçılara da müraciət edib: “Məlum hava şəraiti hər növ fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən istehlakçılardan xahiş edirik ehtiyatlı olsunlar və elektrik enerjisinin təchizatında yaranan hər hansı problem, yaxud qəza ilə üzləşdikdə 24 saat fəaliyyət göstərən 199 saylı "Çağrı" mərkəzi ilə əlaqə saxlasınlar”.

Xatırladaq ki, bu gün güclü şimal-qərb küləyi müşahidə edilir. ETSN-nin yaydığı məlumata görə, bəzi ərazilərdə küləyin sürəti saniyədə 38 metrə çatacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar