Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəriqaz”: Son 5 ildə yeni əhali abonentlərinin sayı yarım milyonu keçib

2020-ci il üzrə ölkədə qazlaşma işlərinin aparılmasına dair Dövlət Proqramının icrası davam etdirilir. Artıq 14 yeni yaşayış massivi qazlaşdırılıb.

"Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, hazırda 30 yaşayış məntəqəsi, 27 yeni yaşayış massivində qazlaşma aparılır. Bu işlər əsasən Gəncə şəhəri, Daşkəsən, Göygöl, Samux, Abşeron, Xızı, Siyəzən, Şabran, Ağdaş, Göyçay, Ağstafa, Gədəbəy, ŞəmkirTovuz rayonlarını əhatə edir.

Qeyd edək ki, 2015-2020-ci illərdə dövlət büdcəsindən SOCAR-a ayrılmış vəsait hesabına ölkənin müxtəlif bölgələrində 301 min əhali abonentini əhatə etməklə, 905 yaşayış məntəqəsi və 51 yeni yaşayış massivi qazlaşdırılıb. Həmin dövrdə müxtəlif bölgələrdə ümumilikdə 27 395 km yeni qaz xətti çəkilib. Bundan əlavə olaraq, Birlik də imkanlarını səfərbər etməklə qaz təsərrüfatı şəbəkəsində genişmiqyaslı işlər görüb. Bu işlərin və fərdi qazlaşmaların nəticəsində 2015-2020-ci illərdə 274 min yeni əhali abonenti təbii qazla təmin olunub. Qaz təchizatı şəbəkəsində yenidənqurma və əsaslı təmir işlərinin aparılması zamanı son 5 ildə "Azəriqaz" İB daxili imkanlar hesabına müxtəlif bölgələrdə ümumən 2610 km qaz xəttini yenidən qurub. Müqayisə aparsaq, 2015-ci ilin əvvəlində əhali abonentlərinin sayı 1 milyon 710 min, 2020-ci ilin iyul ayının 1-nə isə 2 milyon 285 minə yaxın olub. Yəni əhali abonentləri üzrə 570 mindən çox artım var. Ölkədə sayğaclaşma səviyyəsi 100% təşkil edir.

pia.az 


Etiket: Azəriqaz


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar